• cümə, 29 Mart, 19:58
  • Baku Bakı 14°C

Ermənilər bu hadisələrə dair gerçəkləri etiraf etməyə borcludurlar

30.03.20 10:00 698
Ermənilər bu hadisələrə dair gerçəkləri etiraf etməyə borcludurlar
Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı aktlarına hüquqi-siyasi qiymət vermək dünya ictimaiyyətinin mənəvi borcudur. 1918-ci il martın son günlərindən başlayaraq təxminən aprelin 4-nə qədər Azərbaycan xalqına qarşı törədilən qanlı hadisələr heç vaxt unudula bilməz. Ermənilər bu hadisələrə dair gerçəkləri etiraf etməyə borcludurlar.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.
Azərbaycanın paytaxtı daxil olmaqla, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə ermənilərin törətdikləri soyqırımı hadisələrini insanlıq əleyhinə cinayət kimi dəyərləndirən səfir deyib: "Erməni millətçiləri və diaspor təşkilatları uzun zaman kəsiyində saxta "erməni soyqırımı” mövzusu ilə dünya birliyini aldadıblar. Lakin Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra vəziyyət dəyişdi. Sovetlər birliyinin süqutu ərəfəsindən başlayaraq ermənilərin Dağlıq Qarabağa əsasız iddiaları onların əsl xislətini ortaya qoydu. Müasir dünyanın gözü qarşısında Xocalıda soyqırımı törətdilər. Saxta "erməni soyqırımı” mövzusundan bəhs edənlər yaxşı olar ki, Qubadakı kütləvi məzarlığı ziyarət etsinlər, məhz avropalı telejurnalistlərin Xocalı soyqırımına dair lentə aldıqları filmlərə baxsınlar, bu bəşəri cinayətin dəhşətlərini əks etdirən fotoları görsünlər ki, bəlkə vicdanları oyana”.
Səfir qeyd edib ki, 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman Azərbaycan və Türkiyə üçün saxta "erməni soyqırımı” məsələsinin ifşa etməkdən ötrü fəaliyyət istiqamətidir. Hamılıqla, ziyalıları, gəncləri səfərbər edib bu istiqamətdə səylərimizi gücləndirməliyik.
banner

Oxşar Xəbərlər