• cümə, 19 Aprel, 17:38
  • Baku Bakı 25°C

Ermənilər beynəlxalq konvensiyalarla qadağan olunmuş sursatlardan istifadə etməyə başlayıb - Azərbaycan MN

27.04.16 11:17 2268
Ermənilər beynəlxalq konvensiyalarla qadağan olunmuş sursatlardan istifadə etməyə başlayıb - Azərbaycan MN
Azərbaycan MN: Erməni silahlı bölmələri beynəlxalq konvensiyalarla qadağan olunmuş sursatlardan istifadə etməyə başlayıb

Cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalarla qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub: "Bildiririk ki, cəbhə xəttində təxribatlar törətməklə düşmən Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışır. Bu cür hadisələr zamanı baş verənlərə görə bütün məsuliyyət hər zaman olduğu kimi yenə də Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür".
banner

Oxşar Xəbərlər