• şənbə, 20 Aprel, 04:14
  • Baku Bakı 15°C

Ermənilər azala-azala gedirlər

07.11.17 09:00 1626
Ermənilər azala-azala gedirlər
Ermənistanın əbədi probleminə çevrilən miqrasiya ölkəni məhvə sürükləməkdə davam edir. İldən-ilə əhalinin azalma tempi sürətlənir. Bu barədə Ermənistanın Statistika Xidmətiməlumat yayıb. 2017-ci il oktyabrın 1-nə olan məlumata görə, Ermənistanın daimi əhalisinin sayı 2 979 600 nəfər təşkil edib. Bu, ötənilki göstəricidən 14 300 nəfər azdır. Azalma tempi də əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir. Məsələn, bu ilin 9 ayında əhali 6 900 nəfər azalıbsa, 2014-cü ilin analoji dövründə azalma 3200 nəfər olmuşdu. Maraqlıdır ki, bir müddət əvvəl ölkə prezidenti Serj Sarkisyan 2040-cı iləcən əhali sayının 4 milyon nəfərə çatdırılması hədəfini elan edib. Bu yaxınlarda isə baş nazir Karen Karapetyan bildirib ki, ötən illə müqayisədə sosial rifahı yaxşılaşmış vətəndaşların sayı 4 faiz artıb.
"2035-ci ildə Ermənistan əhalisi ən pis halda 2,5-2,6 milyon, ən yaxşı halda isə 3,2 milyon olacaq”. Bunu jurnalistlərə BMT-nin Əhali Fondunun Ermənistandakı ofisinin nümayəndəsi Qarik Hayrapetyan deyib. O qeyd edib ki, qurumun hesabatından bəlli olur ki, Ermənistan prezidenti Serj Sarkisyanın 2040-cı il üçün ölkə əhalisinin sayı barədə verdiyi vəd real deyil. "Nəzəri cəhətdən, əlbəttə hər şey baş verə bilər. Amma bu, doğurdan da ambisiyalı bəyanatdır. Ona görə ki, biz hələ dünəndən bu istiqamətdə ciddi investisiyalara başlamalı idik. Allaha şükür ki, ən yaxşı dünya təcrübəsini bilirik” - Hayrapetyan deyib. Mütəxəssis deyib ki, beynəlxalq təcrübə ölkə əhalisinin artımı üçün dəqiq mexanizm təklif edir və bu, heç də ailələrə hansısa maliyyə yardımı ilə bağlı deyil. O bildirib ki, ailə birinci və ya növbəti uşağın doğulması barədə qərar verməzdən əvvəl ilk növbədə özünü sosial və iqtisadi cəhətdən təminatlı hiss eləməlidir. Hesabatda deyilir ki, ailələrdəki bərabərsizlik əhalinin sayına təsir göstərir. Ölkənin ən ciddi problemləri sırasında lider mövqeyə malik olan demoqrafiyanın doğurduğu səbəblər aydındır - işsizlik və sosial problemlər. Demoqrafiya, mühacirət erməni rəhbərliyini təxirəsalınmaz addımlar atmağa məcbur etsə də, problem ciddiliyini qoruyub saxlayır.
Açıqlanan rəqəmlər Ermənistanda mövcud durumun fəlakət həddində olduğunu göstərir. Nəzərə alsaq ki, bu, hələ rəsmi rəqəmlərdir. Yəni həqiqətdə dəqiq göstəricilər bundan bir neçə dəfə çoxdur.
Hakimiyyət isə vəziyyətdən çıxış yolunu xaricdən erməni axınını gücləndirməkdə görür. Bu məqsədlə Diaspor Nazirliyi fəaliyyətə keçib. Nazirlik 2018-ci ildə repatriasiya proqramına başlamaq niyyətindədir. Bu çərçivədə repatriasiya haqqında qanun və konsepsiya hazırlanacaq. Nazir Qranuş Akopyan prezident Serj Sarkisyanın 2040-cı ilə qədər ölkə əhalisinin sayının 4 milyona çatdırılması barədə bəyanatını şərh edib. O, hesab edir ki, ilk növbədə insanlarda Ermənistana gəlmələri üçün maraq oyatmaq gərəkdir.
Xatırladaq ki, ötən ay VI Ümumerməni Ermənistan-Diaspor konfransında çıxış edən Serj Sarkisyan hamının təəccübünə səbəb olacaq "4 milyonluq Ermənistan” proqramını irəli sürüb. Lakin əksəriyyət dərhal da bu proqramın reallaşa bilməyəcəyini bəyan edib. Məsələn, 30 minə yaxın Suriya ermənisi yalan vədlərə inanaraq Ermənistana gəldi. Lakin sonradan səhvlərinin başa düşüb geri qayıtdılar.
Ermənistanın Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qagik Yeganyanın təqdim etdiyi rəqəmlərə görə, ümumilikdə 1991-ci ildən başlayaraq 2 milyona yaxın adam Ermənistanı tərk edib.Etnoqraf Granuş Xaratyan hesab edir ki, hökumət təqribən 10 il bundan öncə miqrasiyanın azaldılmasını hədəfləyən strateji proqram işləyib hazırlayıb. Ancaq bu proqram, faktiki, heç bir nəticə verməyib. "İnsanlar ilk növbədə qanunun selektiv tətbiqi səbəbindən ölkədən çıxıb gedirlər. Yəni, Ermənistan vətəndaşları çoxdan bilirlər ki, qanunlar yazılırsa, bu, hələ onların adi vətəndaşlara şamil ediləcəyi demək deyil. Oliqarxlar, o cümlədən məmur və deputatlar, siyasi "krışa”sı olanlar inhisarçıya çevriliblər. Onların iqtisadi bazarda başqalarına da yer verməklə bağlı nə iradəsi, nə istəyi, nə də planı var”, – deyə ekspert bildirib.
"Orinats Yerkir” fraksiyasının rəhbəri Yeqine Bişaryan hesab edir ki, problemin kökünü hökumətdə axtarmaq gərəkdir. Onun sözlərinə görə, Sarkisyan problemlərin öhdəsindən gələ bilmir.
Müxalifət fəalı, "Yeni zamanlar” partiyasının lideri Aram Karapetyan da bildirib ki, Ermənistanda miqrasiya dövlətçiliyin itirilməsinə gətirib çıxara bilər. Partiya sədri vurğulayıb ki, hakimiyyət orqanları ölkədəki total problemlərə qeyri-adekvat reaksiya göstərirlər. "Hər şey o dərəcədə qeyri-adekvatdır ki, Ermənistan Respublika Partiyası özü-özünə müxalifət olmağa başlayıb” - deyən Karapetyan əlavə edib ki, hakimiyyət orqanları üzərinə düşən funksiyaları yerinə yetirmək iqtidarında deyil. O, miqrasiyanın subyektiv və obyektiv səbəblərinin olduğunu dilə gətirib. Onların arasında ölkədəki sosial-iqtisadi vəziyyəti göstərən partiya sədri düzgün iqtisadi siyasətin olmamasını, eləcə də obyektiv səbəbləri - müharibə və s. göstərib.
"İrs” partiyasından olan keçmiş deputat Larisa Alaverdiyan isə bu qənaətdədir ki, Ermənistanda miqrasiya siyasəti cinayətkarcasına həyata keçirilir. O bildirib ki, 1990-cı ildən bəri əhalinin sayı 2 milyona düşüb. "Bu, əhalinin sayının azaldılmasına yönəlmiş siyasətin nəticəsidir” - deyən deputat əlavə edib ki, ölkədə iş yerlərinin və həyat üçün digər zəruri şərtlərin olmaması insanların öz evlərini tərk etməsinə gətirib çıxarır.
Azər
banner

Oxşar Xəbərlər