• cümə axşamı, 18 aprel, 18:44
  • Baku Bakı 21°C

Ermənilər atəşkəsi yenə də pozdular

27.09.14 10:23 981
Ermənilər atəşkəsi yenə də pozdular
Ermənistan silahlı bölmələri sentyabrın 26-da və 27-nə keçən gecə İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, işğalçılar Ağdam rayonunun Yusifcanlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan ordusunun mövqelərinə atəş açıblar. Düşmən cavab atəşi ilə susdurulub.
banner

Oxşar Xəbərlər