• cümə, 19 Aprel, 05:56
  • Baku Bakı 18°C

Ermənilər atəşkəsi 115 dəfə pozub

10.08.17 09:56 2160
Ermənilər atəşkəsi 115 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan ordusu Noyemberyan rayonunun Berdavan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərindən Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində; Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərindən Tovuz rayonununAğdam, Koxanəbi, Ağbulaq kəndlərində; Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutub.

İşğalçılar Tərtər rayonunun işğal altında olan Çiləbürt,Ağdamrayonunun Şıxlar, Sarıcalı, Novruzlu, Yusifcanlı,Xocavəndrayonunun Kuropatkino,Füzulirayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər,Cəbrayılrayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər,AğdamvəXocavəndrayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə məruz qoyub.
banner

Oxşar Xəbərlər