AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənilər aprel döyüşlərində Azərbaycan Ordusunun gücünü gördülər

Ermənilər aprel döyüşlərində Azərbaycan Ordusunun gücünü gördülər

Cəmiyyət
29 İyun 2020, 14:00 158
Azərbaycan Ordusu ölkəmizin müstəqillik illərində, daha dəqiq desək ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən siyasət nəticəsində uğurla inkişaf edib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu bu gün dünyada 50 ən güclü ordu sırasındadır.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyunun 25-də Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışındakı nitqində də bəyan etdiyi kimi bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır: "Bunu Azərbaycan xalqı yaxşı bilir və dəyərləndirir. Eyni zamanda dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu xüsusi olaraq qeyd edirlər. Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Bu uğur isə heç də təsadüfən və asanlıqla əldə edilməyib. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yorulmaz fəaliyyət nəticəsində ölkəmiz bu uğuru əldə edib. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyətində ordu quruculuğu birinci yerdədir. Son illər ordu quruculuğunda, hərbi hissələrin tikintisində tətbiq olunan Azərbaycan standartları ən yüksək qiymətə layiqdir. Dövlət başçısının göstərişi ilə bütün hərbi hissələrimiz, şəhərciklərimiz, hərbi bazalarımız faktiki olaraq yenidən qurulur. Son məlumata görə, hərbi hissələrimizin 90 faizində tikinti-bərpa, yenidənqurma işləri demək olar ki, tamamlanıb. Eyni zamanda yaxın iki il ərzində qalan hərbi hissələr də bu vəziyyətə gətiriləcək. Bütün bunlar da Azərbaycan dövlətinin öz ordusuna göstərdiyi qayğının təzahürüdür. Bir sözlə müharibə şəraitində yaşayan Azərbaycanda ordu quruculuğu prioritet məsələdir”.

V.İskəndərov vurğulayıb ki, Azərbaycan Ordusunda şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur, Vətənə sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatə olunurlar: "Prezident İlham Əliyevin göstərişi ilə orduda 20 il qüsursuz xidmət edən zabitlərə dövlət tərəfindən mənzillər verilir və bu proqram icra edilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və Azərbaycan dövləti bu vəsaiti ayırır. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub və onlara yaxşı mənzillər verilib. Eyni zamanda dövlət başçısının bu yaxınlarda verdiyi göstərişə əsasən bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər veriləcək. Beləliklə, bu günə qədər olan vəziyyətə görə, bu proqramla əhatə olunan zabitlərin maksimum sayı təmin edilib. Son məlumata görə, təqribən 200-dən bir qədər çox zabit isə hələ növbədədir və dövlət başçısının bəyan etdiyi kimi onların da mənzil problemləri həllini tapacaq. Bir sözlə, Vətənə sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən yüksək təminatla əhatə olunurlar. Bundan başqa ordumuza göstərilən qayğı bu məsələlərlə bitmir. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır. Fərqlənmiş hərbçilər mükafatlandırılır”.

Deputat bildirib ki, ordumuzun gücünün artması işğalçı Ermənistan tərəfindən də etiraf edilir və onları ciddi şəkildə narahat edir: "Ermənilər aprel döyüşlərində Azərbaycan ordusunun gücünü gördülər və onlar yaxşı bilirlər ki, əgər bu döyüşlər təkrarlansa, Ermənistan üçün əsl fəlakət olacaq”.