• cümə, 19 Aprel, 14:59
  • Baku Bakı 25°C

Ermənilər Ağdamın işğal olunmuş ərazilərində təlimlərin növbəti mərhələsinə başlayıb

22.09.16 11:30 874
Ermənilər Ağdamın işğal olunmuş ərazilərində təlimlərin növbəti mərhələsinə başlayıb
Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdirir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, erməni tərəfinin müxtəlif qoşun birləşmələri işğal altında olanAğdamrayonunun Uzundərə adlanan ərazisində artilleriya qurğularından istifadə edərək hərbi təlimlərin növbəti mərhələsinə başlayıb.

Təlimdə toplar, reaktiv artilleriya qurğuları, minaatanlar, eləcə də zirehli texnikalardan istifadə edilir.

Ermənistan ordusunun təlim atışlarının səsi cəbhəyanı yaşayış məntəqələrində, hətta qonşu rayonların ərazilərindən aydın eşidilir.
banner

Oxşar Xəbərlər