• çərşənbə, 24 Aprel, 22:29
  • Baku Bakı 23°C

Ermənilər ağalarına qarşı

26.11.16 09:01 1291
Ermənilər ağalarına qarşı
Ermənistanı hər zaman özünün vassalı, forpostu gözündə görən Rusiya bu dəfə də onu aşağılayıb. Bu dəfə qalmaqal Ermənistanda rus dilinin statusu ilə bağlı ortaya çıxıb. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə elçisi Elyanora Mitrofanova bəyan edib ki, rus dilinə keçmiş sovet ölkələrində ikinci dövlət dili statusu verilməsi Rusiya xarici siyasətinin gündəliyinə salınacaq. Onun bu bəyanatı isə Ermənistanda ciddi narazılıqla qarşılaşıb.

"Ermənistanın dövlət dili erməni dilidir və hər hansı bir dilə ikinci dövlət dili statusu verilməsinə ehtiyac yoxdur, istər rus, istər yunan, istərsə də ingilis dili olsun”. Bunu tert.am saytına müsahibəsində parlamentin sədr müavini Eduard Şarmazanov bildirib. Amma Şarmazanov qeyd edib ki, rus dili də daxil olmaqla Ermənistan cəmiyyətində xarici dilləri dərinləşdirmək lazımdır, gənc nəsil azı iki xarici dil - rus və ingilis dillərini bilməlidir. Ermənistan elm və təhsil naziri Levon Mkrtçyan da ölkədə rus dilinin statusunun dəyişilməsi barədə məsələyə münasibət bildirib. O, qəti şəkildə buna qarşı olduğunu bildirib. Onun sözlərinə görə, rus dili Ermənistanda digər dillərlə eyni statusa malikdir və heç bir dəyişikliyə uğraya bilməz.

Heç kimə sirr deyil ki, ermənilər rusların sayəsində dövlətçilik əldə etsələr də, ruslara qarşı daim pataloji nifrət bəsləyiblər. Onlar açıq şəkildə bunu etiraf etməyə cürət etməsələr də, hər halda hər şey göz qabağındadır. Tək elə rusları ölkədən qovub çıxarmaları buna bariz nümunədir. Bəlli olduğu kimi, Ermənistan keçmiş SSRİ respublikaları içərisində son 30 ildə etnik rusların azalması səviyyəsinə görə lider ölkədir. Bu müddətdə Ermənistanda yaşayan rusların sayı 9 dəfə azalıb. Qeyd edək ki, Ermənistan müstəqilliyini əldə edəndən sonra rus məktəblərinin sayı ölkədə get-gedə azalmaqdadır. Bu gün rus məktəbləri ancaq Yerevan və Gümrüdə qalıb. Onlar da Rusiya hərbi hissələrinin ərazisindədir və rus hərbçilərinin uşaqları üçün nəzərdə tutulub. Hazırda Ermənistanın 40 məktəbində "rus sinfi” var və onların cəmi 3-də təhsil rus dilindədir.

Yerevandakı "Rusiya” ictimai təşkilatının rəhbəri Yuri Yakovlev bu qənaətdədir ki, etnik ruslar və rusdilli əhali özünü Ermənistanda diskomfort vəziyyətdə hiss edir və hüquqları dövlət tərəfindən lazımi səviyyədə qorunmur, onlar ölkənin sosial-ictimai həyatına qatıla bilmirlər. Onun sözlərinə görə, erməni məktəblərinin rusdilli siniflərinə qəbul ciddi şəkildə məhdudlaşdırılıb. Bu isə öz növbəsində, rusdilli əhalinin böyük əksəriyyətinin iş tapmasına mane olur. Ermənistanda rus dili, rusların sıxışdırılması ilə bağlı problemlər illər uzunudur ki, davam edir. Rusiya siyasi dairələrində hesab edirlər ki, forpost Ermənistanda rusların sayı az olsa da, rus dilinə dövlət dili statusu verilməlidir. Bu məsələni ən çox qabardanlar Rusiyanın Ermənistandakı keçmiş səfiri Vyaçeslav Kovalenko və jurnalist Dmitri Kiselyov olub.

Bir faktı da qeyd edək ki, Avrasiya İqtisadi İttifaqını yaradan Rusiya rus dilinə rəsmi dil statusu verilməsinə çalışır. Aİİ-yə Rusiya ilə yanaşı, Qazaxıstan və Belarus da daxildir. Belarusda rus dili dövlət dili statusuna malikdir, Qazaxıstanda yerli dil ilə yanaşı rus dili rəsmən dövlət təşkilatlarında və yerli idarəetmə orqanlarında istifadə olunur. Quruma üzv olmağa çalışan Ermənistanda isə rus dili belə statusa malik deyil. Erməni tərəfi bunu onunla əsaslandırır ki, respublika təkmillətlidir - son məlumatlara görə, ermənilər ölkə əhalisinin 97 faizini təşkil edir, etnik rusların sayı 0,4 faizdir. Rus dili məktəblər SSRİ dağıldıqdan sonra bağlanıb. Dəqiq desək, 1993-cü ildə qəbul olunan qanunla erməni dilinə dövlət dili statusu verildi və bununla da rus dili arxa plana keçdi.
Azər

banner

Oxşar Xəbərlər