• cümə, 29 Mart, 08:40
  • Baku Bakı 5°C

Erməni yazıçı: “Kitabımın təqdimatını Bakıda keçirmək istəyirəm”

09.11.16 16:02 773
Erməni yazıçı: “Kitabımın təqdimatını Bakıda keçirmək istəyirəm”
"Mən ermənilərlə azərbaycanlıların münasibətlərinə dair kitab yazıram, tamamlamaq üzrəyəm. Kitab yaxın vaxtlarda dərc olunacaq".


APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən mətbuat konfransında "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış" adlı beynəlxalq konfransın iştirakçısı, erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan bildirib.


V. Avetyan deyib ki, bu kitabın təqdimatının Bakıda keçirilməsini nəzərdə tutub: "Bu kitabın satışından əldə ediləcək vəsait azərbaycanlı və erməni qaçqınlara yardıma sərf olunacaq".


Erməni yazıçı hər bir ölkə kimi beynəlxalq hüquqa əsasən Azərbaycanın da ərazi bütövlüyünə hörmətlə yanaşılmalı olduğunu vurğulayıb: "Mən normal şərait yaranan zaman Ermənistana qayıdaraq prezidentliyə namizədliyimi irəli sürmək niyyətindəyəm. Əgər növbəti prezident seçkilərində iştirak etməsəm, deməli,Serj Sarkisyanrejimi yaşayır".
banner

Oxşar Xəbərlər