• cümə axşamı, 28 mart, 17:42
  • Baku Bakı 16°C

Erməni təxribatının qarşısı alınıb

01.12.14 12:48 1056
Erməni təxribatının qarşısı alınıb
Bu barədə Trend-ə Milli Məclisin deputatı Elmira Axundova bildirib.
Millət vəkili deyib: "Noyabrın 27-28-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 41-ci plenar iclası keçirilirdi. İclasdan bir gün əvvəl Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə komissiyanın iclasında gərgin an yaşandı. Mən komissiyanın iclasında iştirak etdim və əsasən Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında baş verən mübahisənin şahidi oldum. Məsələ ondadır ki, Ermənistan tərəfi komissiyaya "Beynəlxalq münasibətlərdə iqtisadi, ticarət, maliyyə və nəqliyyat blokadasının dayandırılması zərurəti haqqında” bəyanat layihəsi təqdim edib".
Onun sözlərinə görə, Ermənistanın vitse-spikeri Ermine Naqdalyan komissiyanın iclasında çıxış edərək Ukrayna ətrafında baş verən son hadisələrin fonunda bu bəyanatın qəbul edilməsinin aktuallığını əsaslandırmağa cəhd göstərib: “Bu zaman Naqdalyan deyib ki, Ermənistan üçün bu bəyanat aktual deyil, çünki "ölkə artıq 25 ildir ki, qonşu dövlət tərəfdən blokadaya alınıb və buna öyrəşib”.
Deputatın sözlərinə görə, Azərbaycanın nümayəndə heyəti bu bəyanatın qəbul edilməsinə qarşı çıxıb: "İclasda çıxış edən deputat Rüfət Əliyev və PAA-da Milli Məclisin nümayəndəsi Aydın Cəfərov sərt şəkildə bəyan ediblər ki, blokadanı mühakimə etməzdən əvvəl onun səbəbləri barədə danışmazq lazımdır. Səbəblər isə Azərbaycanın işğal olunmuş ərazilərindən və Ermənistanın təcavüzkar siyasətindən ibarətdir. Azərbaycanlı deputatların mövqeləri ilə Moldova və Qazaxıstanın nümayəndələri də razılaşdı. Nəticədə erməni tərəfinin bütün səylərinə baxmayaraq, məsələ gündəlikdən çıxarıldı. Naqdalyan Ermənistanın vurulub salınan helikopteri haqqında məsələ qaldırmaq istəsə də, komissiya üzvləri tərəfindən bu cəhdin qarşısı alındı”.
Bundan əlavə, Axundova bildirib ki, plenar iclas çərçivəsində Azərbaycanın xalq yazıçısı Anara Çingiz Aytmatov adına mükafat təqdim edildi. Onun sözlərinə görə, hər şey təntənəli şəkildə tərtib olunmuşdu və yazıçıya mükafatı RF Federasiya Şurasının sədri Valentina Matviyenko və Qazaxıstan parlamentinin rəhbəri təqdim ediblər: “Anar çox dolğun nitq söylədi. O, 1941-ci ildə Leninqradın mühasirəsi zamanı alimlərin Nizaminini 800 illiyinə həsr olunmuş tədbir keçirdiklərindən, eləcə də Rusiyanın birinci Dövlət Dumasındakı ilk müsəlman fraksiyasında görkəmli həmyerlimiz Əlimərdan bəy Topçubaşovun olmasından danışdı. Yeri gəlmişkən, bu yaxınlarda Əlimərdan bəyin büstü hazırda MDB PAA-nın mənzil-qərargahının və ХХ əsrin əvvəlində birinci Dövlət Dumasının yerləşdiyi Tavrida sarayında qoyulub”.
Onun sözlərinə görə, Anara Çingiz Aytmatov adına mükafatın təqdim edilməsi haqqında ilkin qərar MDB PAA-nın Mədəniyyət, turizm, informasiya və idman üzrə komisiyyasının Bakıda keçirilən iclasında qəbul edilib: "Bu qərarın qəbul edilməsində bizim MDB PAA-dakı nümayəndəmiz və strukturda yüksək hörmətə malik Aydın Cəfərov böyük oynayıb".
Deputat qeyd edib: "Ümumilikdə, MDM PAA-nın plenar iclası bizim üçün çox əlverişli keçdi, Azərbaycanın nümayəndə heyətinin üzvlərinin hamısı komissiyaların işində Azərbaycanın milli maraqlarını müdafiə edərək ölkəni ləyaqətlə təmsil etdilər".
banner

Oxşar Xəbərlər