• cümə, 29 Mart, 04:34
  • Baku Bakı 7°C

Erməni terrorçu tərəfindən qətlə yetirilən türkiyəli diplomat anılıb

14.07.19 19:20 14222
Erməni terrorçu tərəfindən qətlə yetirilən türkiyəli diplomat anılıb
Bu gün Türkiyənin Brüsseldəki səfirliyinin attaşesi Dursun Aksoyun ASALA erməni terror təşkilatının silahlıları tərəfindən qətlə yetirilməsindən 36 il ötür.
AZƏRTACxəbər verir ki, bununla əlaqədar bir sıra yerlərdə, o cümlədən Türkiyənin Brüsseldəki səfirliyi tərəfindən qanlı hadisənin törədildiyi yerdə anma mərasimləri təşkil olunub.
Qeyd edək ki, Dursun Aksoy xidməti müddətinin bitməsinə 15 gün qalmış, 1983-cü il iyulun 14-də Brüsselin "Franklin Roosevelt” prospektində, yaşadığı evin qarşısında erməni terrorçu tərəfindən amansızcasına qətlə yetirilib. Şəhid diplomatın qatili yaxalansa da, saxta bəraətlə azadlığa buraxılıb.
banner

Oxşar Xəbərlər