• şənbə, 20 Aprel, 13:41
  • Baku Bakı 23°C

Erməni tarixşünaslığının şah damarını kəsən əsər

31.10.16 17:08 1543
Erməni tarixşünaslığının şah damarını kəsən əsər
Bu günlərdə professor Əjdər Tağıoğlunun (İsmayılovun) "Erməni xalqının saxta "tarixi” üç türk dövlətinin (Biaini, Arme, Part/Parfya) mifoloji və filoloji tarixidir” seriyasından "Moisey Xorenatsi anonim keşiş müəllifdir” adında kitabı "Elm və təhsil” nəşriyyatından nəfis şəkildə çapdan çıxıb.
AZƏRTACxəbər verir ki, müəllif kitabda kifayət sayda qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək, erməni tarix ədəbiyyatı üçün mötəbər mənbə hesab edilən "erməni tarixinin atası” M.Xorenatsinin şəxsiyyətini təkzib etməklə, kilsədə üç türk dövlətinə (Biaini, Arme, Part) aid olan, lakin "erməniləşdirilmiş” mifoloji və filoloji ədəbiyyat əsasında tərtib edilmiş "Armeniya tarixi” əsərlərinin, habelə keşiş babalarının ənənələrini davam etdirən erməni tarixçilərinin mənsub olduqları xalqa yazdıqları "qədim tarix” kitablarının saxta və uydurma olduğunu elmi əsaslarla sübuta yetirir.
banner

Oxşar Xəbərlər