• cümə axşamı, 18 aprel, 21:06
  • Baku Bakı 21°C

“Erməni soyqırımı”nın tarixi həqiqətlərlə heç bir əlaqəsi yoxdur”

20.04.21 21:30 874
“Erməni soyqırımı”nın tarixi həqiqətlərlə heç bir əlaqəsi yoxdur”
""Erməni soyqırımı”nın tarixi həqiqətlərlə heç bir əlaqəsi yoxdur. "Erməni soyqırımı” iddiası 1960–cı illərin əvvəllərində SSRİ və NATO arasında Türkiyə ilə mübarizə mövzusunda ortaya atılıb”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu rusiyalı siyasi analitik Oleq Kuznetsov "Tarixi mərhələdə 1915-ci il hadisələri və erməni məsələsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Birinci Dünya müharibəsində din ünsüründən çox aktiv şəkildə istifadə edildiyini bildirən O. Kuznetsov qeyd edib ki, Çar Rusiyasında yaşayan ermənilərdən Osmanlı imperiyasına qarşı istifadə edilib.
"Təəssüf ki, insan təxəyyülü keçmişdə olan məsələlərə həqiqətlərin gözü ilə baxa bilmir. O dövrdə Cənubi Afrikada ingilislərin törətdiyi qırğınlardan bəhs edilmir. Belə tarixi faktlar olduğu halda, Osmanlı imperiyasının süqutu dövründə baş verən hadisələr nədənsə daha çox qabardılır”, - deyə O. Kuznetsov vurğulayıb.
Rusiyalı siyasi analitik bu sahədə türkiyəli və rusiyalı elm adamlarının birgə elmi araşdırmalar aparmasının vacibliyinə də toxunub.
banner

Oxşar Xəbərlər