• cümə axşamı, 25 aprel, 16:45
  • Baku Bakı 23°C

Erməni silahlı bölmələrinin Qaradağlı kəndində qətliam törətməsindən 25 il ötür

17.02.17 09:10 895
Erməni silahlı bölmələrinin Qaradağlı kəndində qətliam törətməsindən 25 il ötür
Ermənistan Silahlı QüvvələrininXocavəndrayonununQaradağlıkəndini işğal etməsindən 25 il ötür.
APA-nın məlumatına görə, erməni hərbi birləşmələri Xankəndidə dislokasiya olunan 366-cı motoatıcı alayının hərbi texnikasının və canlı qüvvəsinin dəstəyi ilə 1992-ci il fevralın 15-dən başlayaraq azərbaycanlılar yaşayanQaradağlıkəndinə hücum edib. İki gün çəkən ağır döyüşdən sonra mühasirəni yaran ermənilər fevralın 17-də kəndi işğalı ediblər.
İşğal zamanı kənd tamamilə dağıdılıb, dinc, əliyalın əhaliyə, günahsız uşaqlara, qadınlara və qocalara amansızcasına divan tutulub. Faciə nəticəsində Qaradağlıdan girov götürülən 117 kənd sakinindən 80-ə yaxını xüsusi amansızlıqla qətlə yetirilib, 6 nəfər itkin düşüb, 9 nəfərin isə şahid ifadələrinə əsasən, əsir götürüldüyü sübut olunub.
Şahid ifadələrinə görə, əsir götürülən azərbaycanlıların 43 nəfəri Xankəndinin 2 kilometrliyində güllələnib. Sonra isə onlardan bəzilərinin başları kəsilib.
Qaradağlıindi də işğal altındadır.
banner

Oxşar Xəbərlər