Erməni silahlı bölmələri Ağdamın kəndini atəşə tutub
Ermənistan ordusuAğdambrayonunun kəndini atəşə tutub.
APA-nın Qarabağ bürosunun məlumatına görə, bu gün səhər 10:30 radələrində erməni silahlı bölmələriAğdamin Mirəşelli kəndini atəşə tutub.
Nəticədə kənd sakini Məmmədov Elman Mütəllim oğluna məxsus "T-28" markalı traktora ziyan dəyib.