• cümə, 29 Mart, 18:57
  • Baku Bakı 14°C

Erməni silahlı bölmələri Ağdamın cəbhə kəndini atəşə tutub

08.12.17 15:41 3492
Erməni silahlı bölmələri Ağdamın cəbhə kəndini atəşə tutub
Erməni silahlı bölmələriAğdamın cəbhə kəndini atəşə tutublar.

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, düşmən ordusu işğal altında saxladığı ərazilərdən rayonun Orta Qərvənd kəndini iriçaplı pulemyotlardan və minaatanlardan atəşə tutub.

Atışma zamanı xəsarət olmasa da, kənd sakinləri Vilayət Həsənov, Qaçay Xıdırov, Mehman Məmmədov və Yusif Səmədova məxsus evlərin dam örtüyünə və pəncərələrinə ziyan dəyib.

Müdafiə NazirliyindənAPA-ya faktı təsdiqləyiblər.
banner

Oxşar Xəbərlər