• cümə, 29 Mart, 04:45
  • Baku Bakı 7°C

Erməni sərhədçilərinin girov götürdüyü soydaşımız azad edildi

17.10.13 16:41 1175
Erməni sərhədçilərinin girov götürdüyü soydaşımız azad edildi
Avqustun 17-də erməni sərhədçiləri tərəfindən saxlanılan Gürcüstan vətəndaşı Allahverdi Pələngov bu gün azad edilib.
Bu barədə APA-nın Gürcüstan bürosuna Allahverdi Pələngovun əmisi oğlu Ayaz Pələngov məlumat verib. Onun sözlərinə görə, Allahverdi Pələngov gözlənilmədən, heç bir xəbərdarlıq olunmadan həbsdən azad edilib.
Allahverdi Pələngovun hazırda Ermənistanla Gürcüstan arasında sərhəd keçid məntəqəsində olduğu, ölkəsinə keçmək üçün müvafiq prosedurlardan keçirildiyi bildirilir.
Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılan və A. Pələngov sərhədi qanunsuz keçməkdə ittiham edilib.
banner

Oxşar Xəbərlər