Erməni politoloqdan acı etiraf
Soçidə
Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serj Sarkisyan
arasında keçən danışıqlar və aparılan müzakirələr erməni siyasi dairələrində və
mediasında geniş müzakirə olunur. Və gəlinən qənaət maraqlıdır. Onların böyük
əksəriyyəti bu danışıqları Ermənistanın siyasi məğlubiyyəti kimi
qiymətləndirir. Məsələn, siyasi şərhçi Manvel Sarkisyanın fikrincə, Ermənistan
tərəfi oktyabrın 16-da aparılan danışıqlarda bundan əvvəl Vyana və Sankt-Peterburqda
əldə edilmiş razılaşmalardan imtina etməklə məğlubiyyətə uğrayıb. Politoloqun "Azatutyun”da
dərc edilən məqaləsində deyilir ki, ötən ilin apreldə baş vermiş "dördgünlük
müharibədən” sonra Vyana və Sankt Peterburq şəhərində keçirilən görüşlərdə
tərəflər sərhəd insidentlərinin araşdırılma mexanizmlərinin yaradılması və ATƏT
sədrinin şəxsi nümayəndəsinin səlahiyyətlərinin artırılması barədə razılaşma
əldə etmişdilər. Bundan başqa, Ermənistan tərəfi ən yüksək səviyyədə bəyan
edirdi ki, bu razılaşmalar həyata keçirilməyənədək danışıqlar bərpa
olunmayacaq. Oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən
sonra Ermənistan prezidenti Serj Sarkisyan İsveçrədəki erməni icması ilə
görüşdə deyib ki, problemin həllinə dair hər hansı konkret razılaşmalar
olmayıb, amma tərəflər ön xətdə qurbanların verilməməsi üçün tədbirlər görmək
barədə razılığa gəliblər. Erməni politoloq Manvel Sarkisyan Azatutyun radiosuna
müsahibəsində deyib ki, beləliklə də Ermənistan prezidenti "ötən apreldə
verilmiş 140 qurbanın hesabına Yerevanın əlində güclü alət olan razılaşmalardan
imtina edib”.
M.Sarkisyan deyib ki, "nəticədə Azərbaycanın qarşısını alan güclü
prinsip iki nəfərin sadəcə olaraq atəş açmamaq razılaşması ilə əvəz olunub və
bu Azərbaycana kart blanş verib”. Manvel Sarkisyan hesab edir ki, Ermənistan
tərəfi Cenevrə görüşünə məcburən gedib: "Niyə və nə üçün getdiyini başa
düşməliydin. Azərbaycan prezidenti niyə getdiyini bilirdi. O gedirdi ki, bütün
dünyaya Ermənistan tərəfinin, Minsk qrupunun belə bir tələbinin olmadığını
sübut etsin. Bəs Ermənistan bu görüşə niyə gedib? Bu, suallar sualıdır. Biz
artıq buna öyrəncəli olmuşuq və bu, ilk dəfə deyil ki, baş verir”. Politoloq
deyib ki, "aprel müharibəsindən ötən bir ildə qəbul edilmiş qərarları görürük”.
Manvel Sarkisyanın fikrincə, "bu qərarlar Ermənistanın yox, Azərbaycan və
Rusiyanın maraqlarından doğur”. Erməni politoloq düşünür ki, Ermənistan
Azərbaycana güzəştlərə getməyə Rusiya tərəfindən məcbur edilir. "Azatutyun”
yazır ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilmiş
görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrləri, Vyana və Sankt Peterburqda
əldə edilmiş razılaşmalar məsələsinə toxunmadan tərəflərin təmas xəttində
gərginliyin azaldılması üçün razılığa gəldiklərini bildiriblər.
Ermənistan
Milli Məclisinin hakim partiyadan olan vitse-spikeri Eduard Şarmazanov deyib ki,
prezidentlərin gərginliyin azaldılması üçün əlavə tədbirlərin həyata
keçirilməsi barədə razılığa gəlməsi Yerevanın Vyana və Sankt-Peterburq
razılaşmalarından imtina etməsi kimi izah olunmamalıdır.
Öz
növbəsində rusiyalı ermənipərəst şərhçi StanislavTarasov "Regnum”da
yazdığı məqaləsində Sarkisyanın Dağlıq Qarabağ ətrafındakı rayonları
Azərbaycana qaytarmasına hansısa üçüncü əlin mane olduğunu bildirir və həmin
üçüncü əlin Rusiya olduğuna işarə edir.
Kamran