AZE | RUS | ENG |

Erməni nazir: "Ölkənin İrana dəmir yolu çəkmək üçün vəsaiti çatmır"

Erməni nazir:
Ermənistanın İrana dəmir yolu xətti çəkmək üçün kifayət qədər vəsaiti yoxdur.

"Report” xəbər verir ki, bunu Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan deyib.

"İran-Ermənistan dəmir yolunun tikintisi üçün böyük vəsaitlər tələb olunur, dövlətin isə bu gün belə bir büdcəsi yoxdur", - deyə məmur etiraf edib.

Bununla belə, Ermənistan tərəfi şərtlərindən asılı olaraq xarici mənbələrin sərfəli təkliflərini nəzərdən keçirəcək.

İranla dəmir yolu rabitəsinin yaradılması Ermənistan hakimiyyətinin çoxdankı arzusudur. Türkiyə və Azərbaycanla normal siyasi və iqtisadi əlaqələrin olmaması səbəbindən, Ermənistan nəqliyyat baxımından təcrid olunmuş ölkədir. "Dünyaya yeganə pəncərə" isə Gürcüstandan açılır. İrana dəmir yolunun çəkilməsi isə İrəvana enerji resursları və malların çatdırılmasında alternativ yollardan istifadə etmək imkanı verəcək.

Buna baxmayaraq, yerli biznes dairələrin nümayəndələri bu işə şübhə ilə yanaşırlar. "Apaven" ekspeditor şirkətinin icraçı direktoru Qaqik Ağacanyanın sözlərinə görə, dəmir yolunun inşası özünü doğrultmayıb, çünki İran və Ermənistan arasında yükdaşıma həcmi aşağıdır.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6504
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6131
SEK 1 İsveç kronu 0.1908
EUR 1 Avro 1.9876
CHF 1 İsveçrə frankı 1.7667
USD 1 ABŞ dolları 1.7000