AZE | RUS | ENG |

Erməni mətbuatı ölkənin rəzil durumundan yazır

Erməni mətbuatı ölkənin rəzil durumundan yazır
Medianın qənaəti - Ermənistan iqtisadiyyatı qurumuş çölə bənzəyir

İstənilən bir ölkə haqqında məlumat toplamaq üçün onun mətbuatına nəzər salmaq kifayət edir. Cəmiyyətin aynası rolunu ifadə edən mediaya bir gün nəzər salmaq da kifayət edir ki, bütün təəssüratların formalaşsın. Erməni mətbuatının da son on günlük icmalına nəzər saldıqda, ölkənin necə bir bərbad gündə olduğunu sezmək mümkündür. Əksər qəzetlər problemləri qabardır, perspektivdə yaxşı heç nəyin olmadığını vurğulayırlar. Hamısının gəldiyi qənaət budur - Ermənistan iqtisadiyyatı qurumuş çölə bənzəyir, suvarma və diqqət tələb etsə də, bunu həyata keçirən yoxdur. Məsələn, "168 jam” qəzeti iqtisadçı Babken Tunyanın fikirlərini manşet edib. Baş nazir Karen Karapetyanın ölkə iqtisadiyyatında artım olacağı barədə fikirlərini alt-üst edən iqtisadçı bildirir ki, 2018-ci il daha mürəkkəb bir il olacaq. "Past” qəzeti isə ölkəni bürüyən korrupsiyadan bəhs edir. Burada Ermənistanın gizli milyarderi kimi ad çıxarmış Nikolay Qabrielyandan söhbət açılır.  Bu şəxsin hakimiyyət dairələrində güclü dəstəyinin olduğu vurğulanır. "Bu şəxsin hər regionda ən azı 4-5 qazdoldurma məntəqəsi var. Kimsə hesablayıb ki, onlar büdcəyə nə qədər vəsait ödəyirlər? Belə bir söhbət var ki, hər regionda bir stansiya büdcəyə vəsait ödəyir. Yerdə qalanları isə "qaz itkisi” kimi sənədləşdirilir. Düzdür, kiminsə pulunu saymaq ədəbsizlikdir. Amma mənimsənilən pullara nəvələrinə bahalı avtomobillər alınır. Onlar isə sonra bizim cəmiyyət üçün təhlükəyə çevrilirlər”, - deyə məqalədə bildirilir.
"Aykakak jamanak” isə yazır ki, "Çıxış” bloku yanvarın 19-da qiymət artımına etiraz əlaməti olaraq mitinq keçirəcək. Aksiyanın keçirmək təşəbbüsü ilə fraksiyanın rəhbəri Nikol Paşinyan çıxış edib. "Blokun açıqlamasında bildirilir ki, istehlak mallarının qiymətinin kəskin şəkildə qalxması cəmiyyətdə etiraz dalğasının artmasına səbəb olub. Etiraz aksiyasının təşkilatçıları ümid edir ki, hakimiyyət nəhayət, özünə gələcək və nəticə çıxaracaq. Bəziləri isə əmindir ki, hakimiyyət xalqı məhv etməyə belə hazırdır və hər hansı aksiya onu dayandırmayacaq”, - deyə qəzet yazıb. "Aravot” isə paytaxt Yerevanın yaşıllıqlarının elit təbəqə tərəfindən məhv edilməsinə toxunur. Onlar üçün elit yaşayış məskənləri salınmasına yer ayrılıb. Qəzet onu da yazır ki, Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Danimarkadakı səfiri Aleksandr Arzumanyanın Yerevan əleyhinə açdığı dava ilə bağlı yekun qərarını verib. Qərara əsasən, Yerevanın Arzumanyana qarşı Avropa İnsan Haqları Konvensiyasının 5-ci maddəsini pozduğu təsdiqlənib. Məhkəmə Arzumanyana 2500 avro təzminat ödənilməsinə qərar verib. Qeyd edək ki, Arzumanyan 2007-ci ildə çirkli pulların yuyulması ittihamı ilə həbs edilmişdi. Bəzi müxalifət təşkilatları onu siyasi məhbus adlandırmışdı. Arzumanyan 2009-cu ildə əfv edilərək, azadlığa çıxmışdı. "Aykakan Jamanak” qəzeti isə hakimiyyətdaxili didişmələrdən bəhs edib. Yazıb ki, Ermənistanın müdafiə naziri Vigen Sarkisyan istefaya gedə bilər. Qəzet artıq bu barədə Respublika Partiyasının müəyyən dairələrində müzakirələrin aparıldığını bildirib: "Serj Sarkisyan yaxın ətrafına Vigen Sarkisyandan narazı olduğunu və onun işinin öhdəsindən gələ bilmədiyini deyib. Onun aprelin 9-da xarici işlər naziri təyin ediləcəyi gözlənilir. Müdafiə naziri vəzifəsi isə onun müavini Artak Zakaryana tapşırıla bilər. Hazırkı XİN rəhbəri Edvard Nalbandyan isə Respublika Partiyası tərəfindən prezidentliyə namizəd olacaq”.
 "Qolos Armeniya isə yazır ki, son illər Ermənistan vətəndaşlığından imtina edənlərin sayı kəskin şəkildə artıb. 2017-ci ildə 3823 şəxs vətəndaşlıqdan imtina edilməsi ilə bağlı müraciət göndərib. 2012-ci ildə bununla bağlı 968, 2013-cü ildə 1461, 2014-cü ildə 2407, 2015-ci ildə 2487, 2016-cı ildə 3863, 2017-ci ildə isə  3823 ərizə verilib. Beləliklə, 2012-ci ildə ölkədə keçirilən seçkilərdən sonra - 2017-ci ilədək, yəni hakimiyyətdə Respublika Partiyasının olduğu dövrdə, 15000-dən çox şəxs Ermənistan vətəndaşlığından imtina edib. Hakim Respublika Partiyasının nümayəndəsi, deputat Alik Sarqsyanın qənaətinə görə, vətəndaşlıqdan imtina edən şəxslərin əksəriyyəti bunu hərbi qulluqdan boyun qaçırmaq üçün edib. "Jamanak” isə  Ermənistan prezidenti Serj Sarkisyanın ciddi xəstə olmasından yazır: "Sarkisyan yanvarın 5-6-sı Milad bayramı ilə bağlı keçirilən tədbirlərdə gözə dəymədi. Yeni ildən etibarən Sarkisyanın səhhətinin pisləşdiyi, xəstəxanaya aparıldığı bildirilir”. "Jamanak”a görə, Sarkisyan səhhətində yaranan problemlər səbəbindən bayram tədbirlərində iştirak etməyib və prezident həmin vaxt "Nairi” tibb məntəqəsinə aparılıb. Bir digər iddiaya əsasən isə Sarkisyan onsuz da tərk edəcəyi iqtidarı indidən yoxluğuna öyrətməyə çalışır. Bəzi mənbələr erməni liderin hansısa gizli və mətbuata açıqlanmayan görüş üçün ölkə xaricinə belə getdiyini yazır. Misal kimi də İranda ilin əvvəlində yaşanan gərginlik nəticəsində Sarkisyanın hər hansı bir müzakirəyə qatılması ehtimalı göstərilib. Sarkisyanın mətbuat xidmətinin rəhbəri Vladimir Akopyan prezidentin yüngül soyuqdəyməsi olduğunu və bu müddət ərzində evində istirahət etdiyini desə də, görünür, erməni liderin bir anda yoxa çıxmasının ardında erməni mətbuatı hələ çox mətləblər tapacaq. Bundan əlavə "Aravot” qəzeti Ermənistanın "İŞİD”çilərin məskəninə çevrilməsindən yazır.
Beləliklə, düşən ölkənin mediasının yalnız 10 günlük nömrəsinin analizini apardıq və qarşımıza bir dənə də olsun ölkənin inkişafı, pozitiv yüklü bir xəbərə rast gəlmədik. Bu nədən xəbər verir? Sözsüz ki, bu ölkənin necə bir misgin durumda olduğunun göstəricisidir. Ümid etmək olar ki, hərbi xuntanın əhalisi nəhayət ki, işğalçı və korrupsiyalaşmış, onun bütün bədbəxtliklərinin səbəbkarı olan mənfur rejimə qarşı bir gün tarix səhnəsindən siləcək. Əks təqdirdə, erməni mətbuatından də göründüyü kimi boyunduruq altında yaşamaqda davam edəcək.
 
Azər

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0039
GEL 1 Gürcü larisi 0.6928
GBP 1 İngilis funt sterlinqi 2.2278
TRY 1 Türk lirəsi 0.3539
KWD 1 Küveyt dinarı 5.6155
SEK 1 İsveç kronu 0.1920
EUR 1 Avro 1.9794
CHF 1 İsveçrə frankı 1.6974
USD 1 ABŞ dolları 1.7000