• cümə axşamı, 28 mart, 14:17
  • Baku Bakı 16°C

Erməni məşqçini ömürlük cəzalandırdılar

16.01.18 11:20 841
Erməni məşqçini ömürlük cəzalandırdılar
Özbəkistan yığmasının sabiq baş məşqçisi Samvel Babayan futboldan ömürlük uzaqlaşdırılıb.
Kaspi.az xəbər verir ki, belə qərarı Özbəkistan Futbol Federasiyası çıxarıb. Babayan "Paxtakor”da işləyərkən dələduzluq və saxtakarlıqla məşğul olub.
O, futbolçularla bağlanan müqavilələrə düzəlişlər edərək, saxtalaşdırırmış. Babayan yığma komandada işləyərkən də ədalətsizliyə yol verməkdə ittiham olunub.
Erməni mütəxəssis futbolçuları yığmaya tanışlıq vasitəsilə dəvət edirmiş, təcrübəli məşqçilərin fikirlərini nəzərə almırmış.
46 yaşlı Babayan ötən ilin sentyabrında yığma komandanın baş məşqçisi postundan uzaqlaşdırılmışdı.
banner

Oxşar Xəbərlər