AZE | RUS | ENG |

Erməni mediası Paşinyanı ələ salır

Erməni mediası Paşinyanı ələ salır
1in.am: “Təsəvvür edin, baş nazir zibil yığılması, onun daşınması, hətta nə qədər zibil qutusunun gətirilməsindən bəhs edir”

Nikol Paşinyanın baş nazir postuna seçildikdən sonra verdiyi vədlərin populizmdən başqa bir şey olmadığı göz önündədir. İl yarımdır ki, baş nazir kürsüsündə əyləşməsinə baxmayaraq, heç bir sahədə ciddi proqram, nailiyyətdən danışmağa dəyməz. Əvəzində ölkəni bürüyən etiraz aksiyaları, narazılıqlar, xarici və daxili siyasətdə uğursuzluqlar baş alıb gedir.
Erməni mediası da bu səbəbdən, elə gün olmur ki, Nikolun yarıtmaz siyasəti, komandasının səriştəsizliyindən bəhs edən yazıları dərc etməsin. Onlardan bir neçəsinə nəzər salaq. Məsələn, "1in.am” yazır ki, Paşinyanın komandasında o qədər başıpozuqluq hökm sürür ki, onun özü ən xırda məsələlərə reaksiya verməyə başlayıb. "Daha 8 zibilyığan maşın Yerevana gəlib çatdı. Gözünüz aydın. Yaxın günlərdə əlavə 20 maşın və 4400 zibil qutusu gətiriləcək”, - yazan baş nazir əlavə edib ki, Yerevan meri Ayk Marutyan idarəçilikdə yüksək peşəkarlıq nümayiş etdirir. Saytın gəldiyi qənaət isə maraqlıdır. "Sosial şəbəkədə bu lakonik yazı baş nazir və onun hakimiyyətinin acı bir reallığını ortaya qoyur. Təsəvvür edin, dövlət başçısı zibil yığılması və onun daşınması ilə məşğul olur. Ətraflı şəkildə nə qədər zibil yığılması və daşınmasından, nə qədər zibil qutusunun gətirilməsindən bəhs edir. Həqiqətdə bu, ölkədə hakimiyyətin, sistemin olmamasının göstəricisidir. Və bunu təkzib etmək çox çətindir. İnqilabın baş verməsindən bir il yarım müddət keçib. Lakin Paşinyan hələ də həyat əhəmiyyətli bir sistem formalaşdıra bilməyib. Belə bir təəssürat yaranır ki, ölkədə işləyən yeganə məmur tək odur. Normal dövlətlərdə zibil daşınması və buna bənzər işlərlə, adətən konkret şəxslər, qurumlar məşğul olur”, - deyə məqalədə vurğulanır. Müəllif əlavə edir ki, Yerevan və onun meri ilə bağlı problem xüsusidir: "Paşinyan da bunu gözəl anlayır. Hesab edir ki, paytaxtla bağlı istənilən problemin həllində məsuliyyəti məhz o daşıyır. Yerevan meriyası formal olaraq yerli idarəetmə orqanıdır, lakin hamı gözəl anlayır ki, Ayk Marutyan və onun komandası hakimiyyətə məhz Nikol Paşinyanın yüksək reytinqinə görə gəlib. Baş nazir təkbaşına seçki kampaniyasını aparıb, cəmiyyəti seçim etmək hüququndan məhrum edib və onları çox təhlükəli dilemma "ağlar” və "qaralar” qarşısında qoyub. Ayk Marukyan mahiyyət etibarilə mer deyil, baş nazirin müavinidir. Məntiqlə də, əgər cəmiyyət zibilin yığılması, nəqliyyat ilə bağlı problemləri həll edə bilməyən meriyanın işindən narazıdırsa, onda diqqət Paşinyana yönəlməlidir. Əgər ölkədə baş verən hər bir şeyə görə məsuliyyəti tək baş nazir və yaxud rəhbər daşıyacaqsa, buna heç bir reytinq dözə bilməz. Bəs onda yerdə qalan məmurların işi nədən ibarətdir? Nilol Paşinyanın düşdüyü durum belədir”.
Müəllif əlavə edir ki, baş nazir günbəgün reallıqdan uzaqlaşır: "Əks halda, piar olsa belə, Marutyanın gözəl keyfiyyətlərindən danışmazdı. Bu da ağır və təəssüf doğuran bir haldır. Aydındır ki, Paşinyana bir il bundan əvvəl səhv etdiyini söyləmək, bir qədər ağırdır. Lakin heç olmasa, indi məmurun uğursuz idarəçiliyinə görə məsuliyyəti öz üzərinə götürmək daha yaxşı olardı”.
Öz növbəsində "Mənim addımım” blokundan olan deputat Ovik Aqazaryan da hakimiyyətdən narazıların sırasına qoşulub. O bildirib ki, hakimiyyətə etimad göstərilməsi ilə bağlı referendum keçirilməlidir. Məhz bundan sonra növbəti addımları müəyyən etmək olar. Deputat Amulsar yatağı ilə bağlı vəziyyəti buna misal çəkib: "Əgər çoxluq hakimiyyətə qarşı etimadsızlıq göstərirsə, gəlin onda növbədənkənar seçkilər keçirək”.
Amulsardan söz düşmüşkən, paytaxtda ekoloji hərəkat fəalları Amulsar (Qısır dağ) qızıl yatağının istismar edilməsinə qarşı növbəti mitinq keçiriblər. Amulsar qızıl mədəninin işlədilməsinə qarşı çıxış edən ekoloqlar sentyabrın 20-ni ekoloji səfərbərlik və ekoloji ədalət günü elan edərək, bütün vətəndaşları qızıl yatağının istismarına yol verməmək üçün etiraz tədbirlərinə hazırlaşmağa çağırıblar. Həmin gün, fəallarda olan məlumata görə, Ermənistan hökuməti yatağın istismarı haqqında yekun qərar qəbul etməlidir. Amulsar qızıl yatağı problemi bir aydır ki, qızğın mübahisə mövzusu olub. Nikol Paşinyan hökuməti layihənin həyata keçirilməsinə start vermək niyyətini gizlətmir. Lakin buna qarşı, yatağın 13 kilometrliyində yerləşən Cermux kurort şəhəri və ətraf yaşayış məntəqələrin sakinləri çıxış edir. Nikol Paşinyan bildirib ki, bütün qərarlar qanuna əsaslanmalıdır. "Əgər biz bu gün Amulsar yatağını qanunsuz bağlasaq, sabah bir media orqanını, o biri gün bir zavodu və sairə bağlayarıq” - o, parlamentdə sual-cavab zamanı bildirib. Amulsar yatağı fevral ayından ətraf mühitə təsirini yoxlamaq üçün dayandırılıb. Yerli sakinlər və ekoloqlar deyir ki, mədənin istismarı Cermux bölgəsinin unikal təbiətini, yeraltı suları və Göyçə gölü hövzəsini çirkləndirə, ekoloji fəlakət doğurar. Avqustun 15-də Ermənistan İstintaq Komitəsi 2018-ci il 20 iyul tarixli cinayət işi əsasında "Earth link & Advanced Resources Development” (ELARD) şirkətinin ekspert rəyini təqdim edib. İstintaq Komitəsi yekun qərara gəlib ki, yatağın istismarı ekoloji təhlükə kəsb etmir, mümkün risklər isə müvafiq tədbirlər görüldükdə, nəzarət oluna bilər. İki həftədən sonra baş nazir Nikol Paşinyan, Amulsar qızıl yatağının səhmlərinin sahibi "Lydian Armenia” şirkətinin iştirakı ilə, ELARD nümayəndələri ilə video konfrans keçirib və nəticədə yeni araşdırma və qiymətləndirməyə ehtiyac olduğu üzə çıxıb.
 
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973