• cümə axşamı, 25 aprel, 10:11
  • Baku Bakı 14°C

Erməni mahnılarının təbliğatı ilə bağlı ANS-ə İrad

02.05.14 12:26 1205
Erməni mahnılarının təbliğatı ilə bağlı ANS-ə İrad
Milli Televiziya və Radio Şurası (MTRŞ) “Qafqaz top 20” musiqili verilişi çərçivəsində mütəmadi olaraq erməni mahnılarının səsləndirilməsi və təbliğ olunması ilə bağlı ANS ÇM radiosunun rəhbərliyinə iradını bildirib.
Bunu APA-ya açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli söyləyib.
N. Məhərrəmlinin sözlərinə görə, ANS ÇM radiosunda erməni mahnılarının səsləndirilməsi ilə bağlı MTRŞ əməkdaşına tapşırıb ki, radio rəhbərliyi ilə əlaqə saxlasın: “Tapşırdım ki, məsələni öyrənsin, belə hallar varsa, radioda buna yol verilməsin, çünki bu, insanların hissiyyatı ilə oynamaqdır. Bir tərəfdə cəbhə bölgəsində əsgərlərimiz üz-üzə dururlar, atışmalarda ölənlər var, digər tərəfdən Azərbaycan radiosu Azərbaycanın efir məkanında erməni musiqisi səsləndirir, bu, yolverilməzdir. Təəssüf ki, ANS ÇM radiosunun rəhbərliyi MTRŞ-in əməkdaşına verdiyi cavab çox təəssüfləndirici olub”.
N. Məhərrəmli deyib ki, Azərbaycan və Ermənistan müharibə vəziyyətindədir, bu məsələlərdə diqqətli olmaq lazımdır: “ANS ÇM rəhbərliyinin “Biz mədəniyyətə sərhəd qoymuruq” məntiqi düzgün deyil. O məntiqlə gərək Azərbaycanda erməni kinolarını göstərək, Ermənistanın malları da ölkəmizdə satılsın, rəssamlarının burada sərgisi keçirilsin. Bu məntiq Azərbaycandakı indiki dövrə uyğun deyil. İnşallah, Azərbaycan və Ermənistan arasında müharibə Azərbaycanın qələbəsi ilə başa çatar, ondan sonra Ermənistanla bağlı nə qədər mahnıya qulaq asmaq istəyirlərsə, qulaq asarlar. Kim erməni musiqisinə qulaq asmaq istəyirsə, gedib evində qulaq assın. Ancaq Azərbaycanın efir məkanında düşmən ölkənin musiqisi də, mədəniyyəti də təbliğ olunmamalıdır. Elə məsələlər var ki, qanunla tənzimlənmir. Azərbaycan Ermənistanla müharibə vəziyyətindədir. Əgər qanunda yoxdursa, azərbaycanlı Ermənistana gedib elmi əməkdaşlıq edə, ticarət əlaqələri qura bilər, mədəni əməkdaşlıq apara bilər?! Ümumiyyətlə, düşmən ölkə ilə bağlı qanunvericilikdə heç nə yazılmır”.
banner

Oxşar Xəbərlər