• çərşənbə axşamı, 16 aprel, 19:39
  • Baku Bakı 18°C

Erməni mafiyası Almaniyada aktivləşir

04.02.19 20:04 633
Erməni mafiyası Almaniyada aktivləşir
Almaniya federal hökuməti ölkədə fəaliyyət göstərən erməni kriminal, cinayətkar şəbəkəsinin aktivləşməsini təsdiqləyib. Erməni mafioz, fırıldaqçı, quldur şəbəkə artıq ölkədə mütəşəkkil cinayətkar qruplaşma kimi nəzərdən keçirilir. Bundestaqda təmsil olunan "sollar”ın fraksiyasının sorğusuna federal hökumətin cavabından irəli gələrək bunu demək mümkündür. Almaniyanın gündəlik "DerTagesspiegel” qəzetində dərc olunan "Armenische Mafia in Deutschland Verdächtige” başlıqlı məqalədə vurğulanır ki, Almaniya hökuməti "Şpigel” nəşrinin MDR ictimai telekanalı ilə birgə 2018-ci ildə apardığı təhqiqatı təsdiq etmiş olur. Həmin materialda "qanuni erməni oğrular”ının bütün ölkə boyu fəaliyyət göstərdikləri təsdiq olunub. Hökumətin yaydığı məlumata görə, Almaniya federal cinayət polisi (VKA) və altı vilayətin müvafiq qurumları (LKA) 42 nəfərə qarşı 4 təhqiqat işi aparır. İndiyə qədər hesab olunurdu ki, Türingiya torpağı erməni mafioz qruplaşmalarının əsas bazası rolunu oynayır. Rusiyanın "Vestnik Kafkaza” nəşri bununla bağlı maraqlı bir məqama toxunur. Nəşr yazır ki, hökumətin bu qalmaqallı hesabatı siyasi cəhətdən heç də yerinə düşməyib. Belə ki, ötən həftənin sonu Ermənistanın yeni baş naziri Nikol Paşinyan Berlində Almaniya kansleri Angela Merkel və prezidentlə görüş keçirib. Məqsəd də,onlardan kiçik və kasıb ölkə olan Ermənistana investisiya yatırmaq, Paşinyanın da ifadə etdiyi kimi, hər tərəfdən "düşmən ölkələrlə əhatə olunan” Ermənistana kömək etməyi xahiş etmək olub. Erməni cinayətkar şəbəkəsi ilə bağlı müzakirələrin aparılıb-aparılmadığı bəlli deyil.
Yeri gəlmişkən, ermənilərlə bağlı federal təhqiqata ad da verilib – Fatil, yəni qanuni oğrulara qarşı mübarizə. Erməni mütəşəkkil cinayətkar qruplaşma polis tərəfindən çirkli pulların yuyulması, zorakılıq, fırıldaqçılıq və əmlaka qarşı cinayətlərdə ittiham olunurlar. Hələ ki, bir nəfərə qarşı ittiham irəli sürülüb. Bir neçə gün bundan əvvəl Türingiyada narkotik satışı ittihamı üzrə dindirilən erməni mənşəli şəxslərin həbsi ilə bağlı verilən orderlər ləğv edilib. "Şpigel” hələ 2018-ci ilin noyabrında erməni mafiya şəbəkəsi barədə yazmışdı. Bu zaman işdə Ermənistanın Almaniyadakı səfirinin adı keçirdi. Lakin səfirlik məhkəmə yolu ilə MDR-də efirə gedəcək sənədli filmin nümayişinə nail olub. İndi isə federal hökumət "sollar”ın məsələ ilə bağlı göndərdiyi sorğuya cavabı dərc edir. Bildirilir ki, "diplomat istintaq qrupunun məsələ ilə bağlı apardığı təhqiqatda şübhəli kimi cəlb edilməyib. Lakin buna baxmayaraq, orada deyilir ki, Ermənistanın səfiri 2017-ci ilin 19 dekabrında federal daxili işlər idarəsində qonaq qismində olub. Görüş səfirin xahişi ilə baş tutub. Federal hökumətin məsələ ilə bağlı ayrı bir informasiyası yoxdur”. "Vestnik Kafkaz”a yazır ki, ekspertlər şübhələnir ki, səfir özünü ona qarşı səslənən ittihamlardan qorumaq istəyib. Bu, onun hüququdur. Məlumat üçün bildirək ki, o zaman xristian-demokratları təmsil edən daxili işlər naziri Tomaz de Mezyer idi. Eyni zamanda, polisi idarəsi səfirliyin yerləşdiyi və erməni mütəşəkkil cinayətkar qruplaşmasının çoxluq təşkil etdiyi Berlində təhqiqat aparıb. Bunu Berlin polisi "Der Tagesspiegel” qəzetinin sorğusuna cavab olaraq yazıb. Erməni səfirliyinin əməkdaşlarının cinayətkar qruplaşma ilə əlaqədə olmasının əlamətləri polisin cavabından da bəlli olur. "Bu kontekstdə qeyd etmək gərəkdir ki, heç də səfirliyin bütün əməkdaşları diplomatik toxunulmazlığa malik deyillər”, - deyə Rusiya nəşri yazır. Federal cinayət idarəsinin "Fatil” layihəsinin yekun hesabatında bildirilir ki, erməni mafiyası həqiqətən də mövcuddur və maliyyə resurslarına malikdir. Ən əsası, onlar Almaniyada qanunun aliliyinə təhlükə törədə bilər. İstintaq 2014-cü ildə Erfrut şəhərində oyun evinin qarşısında cinayətkar qruplaşmalar arasında baş verən atışmadan sonra başlayıb. MDR-in məlumatına görə, məmurlar erməni və italyan mafiyaları arasında əlaqələri də üzə çıxarıblar. Alman hökuməti 2008-ci ildən Almaniyada fəaliyyət göstərən Qafqaz mafioz strukturlar barədə məlumatlıdır. Federal hökumət bununla bağlı onlara Federal cinayət polisinin Federal Kəşfiyyat Xidməti tərəfindən göndərilən məktubla məlumatlandırılıb.
Təhlükəsizlik üzrə ekspertlər bildirirlər ki, Almaniya Federal Kəşfiyyat Xidməti (BND) mütəmadi olaraq Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinə xəbərdarlıqlar göndərir. Bundestaq deputatlarına kəşfiyyatın konkret olaraq hansı məlumatlar göndərdiyini öyrənmək mümkün olmayıb. Təhlükəsizlik üzrə ekspertlər baş verənləri ciddi problem kimi nəzərdən keçirirlər.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər