• cümə axşamı, 25 aprel, 19:07
  • Baku Bakı 21°C

Erməni mafiyası Almaniya üçün təhlükəyə çevrilir

09.11.16 13:16 1029
Erməni mafiyası Almaniya üçün təhlükəyə çevrilir
Dünya boyu səpələnən ermənilər artıq yerləşdikləri ölkələr üçün əməlli-başlı başağrısına çevrilirlər. Bir vaxtlar göz yaşları içində onlara sığınacaq verilməsini xahiş edən ermənilər indi yerlilərə qənim kəsilməyə başlayıblar. Ermənilərin ən çox cəm olduqları ölkələr - ABŞ, Rusiya, Fransa ərazisində dəfələrlə qanun pozuntuları, maliyyə fırıldaqlarına yol verdikləri barədə mətbuatda yazılar dərc olunub. Sonuncu belə hal isə Birləşmiş Ştatlarda baş vermişdi. Ötən il əksəriyyəti etnik ermənilər olan 33 nəfərlik qruplaşmaya qarşı başlanan cinayət işi hamını şoka salmışdı. Qruplaşma qanunsuz dərman alverindən tutmuş şəxsi məlumatların oğurlanmasına və sifarişli qətllərədək ən müxtəlif cinayət əməlləri ilə məşğul olurmuş. Bu dəfə isə qalmaqallı hadisə Almaniyada yaşanıb. Alman mətbuatının yaydığı məlumata görə, polis artıq altı ildən artıq idi ki, ermənilərdən ibarət cinayətkar dəstənin izinə düşüb. BKA - Almaniya kriminal polis idarəsi Erfrut şəhərində erməni mafiyası ilə bağlı təhqiqat işləri aparırmış. Bu müddət ərzində təxminən 70 min zəng yazılıb və dinlənilib. Həmin şəxslərin avtomobilləri izlənilib.
Tyurinqiya əyalətinin İctimai Televiziyasının yaydığı xəbərdə qeyd edilib ki, polis şübhələndiyi qara rəngli avtomobili saxlayıb. "Bu zaman avtomobildə Ermənistan vətəndaşı olan iki nəfər olub. Polisə hədə-qorxu gələn bu şəxslər sonra saxlanma səbəbini soruşublar. Bir müddət sonra ermənilərə dəstək məqsədilə soydaşlarından ibarət bir neçə avtomobil əraziyə gəlib. Nəticədə polis əməkdaşları əlavə kömək barədə müraciət etməli olublar. Məhz bundan sonra vəziyyətə nəzarəti ələ almaq mümkün olub”, - deyə xəbərdə bildirilib. Həmin hadisədən sonra da, təqribən minlərlə səhifə məxfi material toplanılıb. Erfrut əyalətinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi erməni cinayətkarlara qarşı əməliyyata başlayıb. Və ən maraqlısı əməliyyata qoyulan ad olub. "insuedthueringen.de” saytı yazır ki, əməliyyatın kod adı "Bakı” olub. Maraqlıdır ki, alman tərəfi hansı səbəbdən əməliyyata Azərbaycan paytaxtının adını qoymasına aydınlıq gətirə bilməyib. Ola bilsin, bu ermənilər Bakıda doğulan ermənilərdir. Təhqiqat göstərib ki, indiyə qədər gizli fəaliyyət göstərən erməni mafiyası Almaniyanın ən iri cinayətkar qruplaşmalarından biridir. Bütün ölkə boyu öz cinayətkar şəbəkəsini yaymağa müvəffəq olan qruplaşma beynəlxalq arenaya çıxmağa da nail olub. Onun Çexiya, Hollandiya, Belçika, İspaniya, İtaliya və Rusiyada da əlaqələri olub. İstintaq qrupu altı il narkotrafikin izinə düşməyə çalışıb. Kriminal polisin əldə etdiyi sənədlərdə göstərilir ki, cinayətkar qruplaşma narkotiklərin satışından əldə etdikləri gəlirləri daşınmaz mülkiyyət sahəsinə qoyublar. Məsələn, Almaniya və onun hüdudlarından kənarda yaşayış və kommersiya binaları alınırmış. Cinayət yolu ilə əldə olunan vəsaitlər saxta yolla yaradılan kompaniyaların hesablarına yığılırmış. Sonra isə daşınmaz əmlak alınarkən sərf olunurmuş. Erfrutun mafioz klanları öz işlərinə qanuni don geyindirmək üçün hüquqşünas və hesabdarlar da tutublarmış.
Almaniya kütləvi informasiya vasitələrində mütəmadi olaraq erməni cinayətkar qruplaşmalarla rus mafiyasının rəqabət apardığı barədə xəbərlər gedib. Hətta onlar arasında qanlı hadisələrə gətirib çıxaran atışmaların getdiyi də xəbər verilir. Məsələn, belə faktlardan birinə nəzər salaq. Ermənilər biznesmenlərdən birindən 50 min avro tələb edirmişlər. Bu zaman da o, kömək üçün rus mafiyasına müraciət edib. Nəticədə tərəflər arasında qanlı toqquşma baş verib, ölən və yaralanan olub. Alman nəşrləri yazır ki, insident zamanı ermənilər arasında xeyli ölən və yaralanan olub. Praktiki olaraq bütün erməni sahibkarları həmin an ya cinayət baş verən ərazidə, ya da birbaşa onun yaxınlığında olublar. Alman nəşrləri belə bir xəbər də yayıblar ki, erməni cinayətkar qruplaşma Almaniyada məşhur olan və narkotika, fahişəliklə ad çıxaran Hells Angels - kriminal roker qruplaşması ilə də əlaqədə olub. Erfrutun prokuroru bəyan edib ki, 2015-ci ilin sonundan bəri istintaq orqanlarında bu faktlarla bağlı xeyli informasiya cəmləşibmiş. Lakin hakimiyyət orqanları istintaqı davam etdirmək qərarına gəliblər. Alman nəşrlərinin yaydığı məlumata görə, bu məlumatlar erməni mafioz klanlarına qarşı aparılan təhqiqatın müəyyən bir hissəsidir. Artıq Almaniya kriminal polisi və alman polisi Erfrutdakı erməni mafiyası ilə bağlı birgə işçi qrup yaradıb.
Ən maraqlısı isə odur ki, erməni mətbuatı bu barədə susmağa üstünlük verib. Şübhəsiz ki, bu faktın üstünün açılması Almaniyadakı erməni icmasının reputasiyasına ciddi zərbə vurmuş olacaq. Bir faktı da qeyd etmək yerinə düşər ki, Almaniya bir müddət əvvəl qondarma erməni soyqırımını tanıyan qərar da qəbul edib. Güman etmək olar ki, ermənilərin bu cinayətkar əməllərindən sonra Almaniya rəsmiləri müəyyən profilaktik addımlar atacaqlar. Yəqin ki, almanlar bir vaxtlar ağuşlarına aldıqları ermənilərin onların qanunlarını pozub cinayətkar şəbəkə düzəltmələrinə cavab verəcəklər. Özü də bu fakt tək Almaniya deyil, qonşu ölkələrin də müvafiq qurumlarını cavab addımları atmağa məcbur etməlidir. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, erməni mafiyası tək, Almaniyada deyil, qonşu Çexiya, Belçika, Hollandiya, İspaniya, İtaliyada da aktiv fəaliyyət göstərir və onlar da anlamalıdırlar ki, qonşularının üzləşdiyi problem bir gün onları da gözləyir. Bütün bunlardan belə bir nəticəyə gəlmək olar ki, artıq ermənilər Avropanın və Birləşmiş Ştatlar üçün ciddi bir başağrısına çevrilir.
Azər
banner

Oxşar Xəbərlər