AZE | RUS | ENG |


Erməni lobbisi ilə əlbir olub Azərbaycana qarşı təbliğat aparanlar

Erməni lobbisi ilə əlbir olub Azərbaycana qarşı təbliğat aparanlar
Ekspertlərin fikrincə, belə insanlar düşmən dəyirmanına su tökməklə milli xəyanətə yol verirlər

Son illər müxtəlif adlar vasitəsilə xaricə sığınan bəzi azərbaycanlılar, xüsusən də "müxalifətçilər” Qərb ölkələrindəki xüsusi-xidmət orqanlarının, həmçinin erməni lobbisinin təsiri altında Azərbaycana qarşı fəaliyyətə cəlb edilirlər. Bu günlərdə strateq.az saytında dərc olunan "Azərbaycana qarşı məkrli Qərb "tələ”si: ABŞ və Fransadakı erməni lobbisi siyasi mühacirlərimizi niyə ələ keçirir?!”, - başlıqlı təhlil yazısında da qeyd edildiyi kimi, Qərbin hələlik hakimiyyətlə mübarizədə zəif olan öz qüvvələri ölkədən çıxarıb Avropaya daşıyır, qoruyur və oradan rahat idarə edir. Azərbaycanda nəinki sosial-iqtisadi, hətta adi məişət zəminində olan hadisəyə də etirazlar ölkənin özündən daha çox, kənardan – Avropadan gəlir.
 
 
 
Burada azərbaycanlı siyasi mühacirlərin bir neçə təşkilatı və ən əsası, televiziyası - müxalif "Azadlıq”qəzetinin baş redaktoru Qənimət Zahidin açdığı "Turan TV”  fəaliyyət göstərir. Qənimət Zahidin mövcud Azərbaycan hakimiyyətinin ünvanına yönəlik əndazəsiz, qəzəb və nifrət saçan çıxışları, eləcə də ağına-bozuna baxmadan hakimiyyət əleyhinə istənilən dedi-qodunu yaymaq siyasəti "Turan TV”ni media qurumundan daha çox, siyasi mübarizə alətinə döndərib. Sözsüz ki, bu cür radikal kursun seçilməsi təkcə Azərbaycan hakimiyyətinə qarşı olan siyasi qüvvələr üçün yox, bir dövlət kimi Azərbaycanın varlığını istəməyən güclər, həmçinin erməni lobbisi üçün də "Turan Tv”ni, bir növ, cəlbedici resursa və öz məkrli niyyətlərini həyata keçirmək məqsədiylə uydurduqları hansısa dezinformasiyaları və ya kompromatları tirajlamaqda örtüyə çevirib.
 
 

Bununla yanaşı, son vaxtlar tez-tez "Turan TV”nin efirindən əsasən rusdilli təbəqəyə müraciət üçün yararlanan və Azərbaycan hakimiyyətini, həmçinin Rusiya rəhbərliyini sərt tənqid edən Beydulla Manafovun ABŞ-dakı erməni lobbisi ilə sıx əlaqələri də aşkarlanıb. Onun həyat yoldaşının, eləcə də kürəkəninin erməni olduğu və mərkəzi qərargahı ABŞ-da yerləşən və Fransa ilə sıx işləyən erməni lobbisinin təmsilçiləriylə təmaslarının qeydə alındığı barədə faktlar var. 
 
 

Mövzu ilə bağlı "Kaspi”yə açıqlama verən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) rəhbəri Rufiz Qonaqov bildirib ki, belə adamlar haqqında münasibət birmənalıdır. O, təəssüflə qeyd edib ki, bir qisim insanlar xarici xüsusi xidmət orqanları ilə əlaqəyə girərək ölkəmizə qarşı qarayaxma kampaniyası aparırlar: "Bu, ilk belə hal deyil. Daim Azərbaycanda beynəlxalq səviyyəli hər hansı tədbir keçiriləndə, yaxud həmin ərəfələrdə bizə qarşı qarayaxmaların şahidi oluruq. Bununla yanaşı, hansısa əlamətdar hadisə baş verməsə belə, sadəcə Azərbaycanın uğurlarını həzm edə bilməyən insanlar, o cümlədən qənimət zahidlər, beydulla manafovlar ölkəmizə qarşı gözdən salma kampaniyasında iştirak edirlər. Azərbaycan xüsusi xidmət orqanları vaxtaşırı bu barədə müəyyən bəyanatlar, açıqlamalar yayan zaman həmin insanlar buna etiraz edirdilər. Öz hərəkətlərini də "demokratiya”, "insan haqlarını müdafiə etmək” adı altında pərdələyirdilər. Ancaq indi üzə çıxır ki, həmin şəxslər xarici xüsusi xidmət orqanları, erməni lobbisi ilə əlbir olub Azərbaycana – doğulub boya-başa çatdıqları, çörəyini yedikləri, müəyyən ad-san qazandıqları ölkəyə qarşı çıxır, mübarizə aparırlar. Belə adamlarla ermənilər arasında heç bir fərq yoxdur. Bu şəxslər unudurlar ki, nə qədər xaricə qaçıb gizlənsələr də, vətənləri Azərbaycandır. Əslində azərbaycanlı olduqları üçün onların bu hərəkətləri özlərinə, ailələrinə, Azərbaycanda yaşayan qohum-əqrəbalarına utanc gətirməlidir. Çünki, çörəyini yediyin ölkəyə, xalqa, dövlətçiliyə qarşı çıxmaq nankorluqdur, xəyanətkarlıqdır. Xəyanətkarlar isə vətən xainləridirlər. Bunun başqa adı ola bilməz”.
 
 

Siyasi şərhçi Qabil Hüseynli də öz ölkəsinə, dövlətinə qarşı çıxan azərbaycanlıları dəstəkləmədiyini bildirməklə yanaşı, ümumiyyətlə, Azərbaycandan mühacirət etməyin əleyhinə olduğunu dilə gətirib. Qeyd edib ki, hətta nə qədər çətinlik olsa da müstəqillik bayrağının dalğalandığı ölkədə - Vətəndə yaşamaq daha xoşdur, nəinki qürbətdə: "Bu mənada xaricdə məskunlaşmanın millətimiz və xalqımız üçün xeyirli olmadığının qənaətindəyəm. Əgər hər hansı səbəbə görə ölkəmizi tərk edən azərbaycanlı sonradan Azərbaycana qarşı təşkil edilən kampaniyada yer alırsa, bununla müəyyən dairələrin, xüsusən də düşmənlərimizin, erməni lobbisinin dəyirmanına su tökürlərsə, bu, daha ciddi yanlışlıqdır. Belə yanlışlıqlar bir sıra hallarda milli xəyanət səviyyəsinə qədər gəlib çatır. Bu nöqteyi-nəzərdən xarici siyasi dairələrin təsiri altına düşən, Azərbaycana qarşı aparılan təbliğatın bir parçasına çevrilən adamların nəhayət, ayılmasını istəyirəm. Çox istərdim ki, onlar törətdikləri əməlin nə qədər ziyanlı olduğunu anlasınlar”.

Alpər TURAN
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002