• cümə, 29 Mart, 00:18
  • Baku Bakı 7°C

Erməni idmançı rusiyalı uşaqları təhqir etdi - Kütbeyindirlər

13.12.18 11:30 811
Erməni idmançı rusiyalı uşaqları təhqir etdi - Kütbeyindirlər
Erməni əsilli rusiyalı idmançı, olimpiya çempionu Yana Yeqoryan uşaqları təhqir edəcək ifadələr işlədib.
Kaspi.az xəbər verir ki, Yeqoryan idmançı karyerasını bitirdikdən sonra məşqçi işləməyəcəyini bildirib. O, bunu, indiki uşaqların kütbeyin olması ilə əlaqələndirib:
"Məşqçi olmaq istəyirəm? Heç bir halda. Mən uşaqları çox sevirəm, onlarla vaxt keçirməyi xoşlayıram. Amma nə qədər ağır olsa da, bunu deməliyəm: indiki uşaqlar kütbeyindirlər.
Məşqçilərin iş şəraitinə, uşaqlarla çalışmalarına baxıram. Mən belə uşaqlarla işləyə bilmərəm, ağlımı itirərəm. Başa salmaq üçün isə uşaqların üstünə qışqırmaq da mənlik deyil”.
Yeqoryan Rio Olimpiadasında Rusiya yığmasının heyətində qılıncoynatmanın sablya növündə şəxsi və komanda hesabında 2 qızıl medal qazanıb.
banner

Oxşar Xəbərlər