• çərşənbə, 24 Aprel, 13:50
  • Baku Bakı 27°C

Erməni girovluğunda olan Şahbaz Quliyev əməliyyat edilib

27.04.15 06:31 818
Erməni girovluğunda olan Şahbaz Quliyev əməliyyat edilib
Kəlbəcərdə girov götürülən və hazırda Xankəndində saxlanılan Azərbaycan vətəndaşı Şahbaz Quliyev səhhətində yaranmış problemlə əlaqədar əməliyyat olunub.
APA-nın “Kavkazskiy uzel” portalına istinadən verdiyi məlumata görə, Ş. Quliyev öd kisəsinin xroniki tutması diaqnozu ilə Xankəndindəki xəstəxanada cərrahiyyə əməliyyatına məruz qalıb. Dağlıq Qarabağdakı “Helsinki təşəbbüsü-92” ictimai təşkilatının rəhbərliyi xəstəxanada Ş. Quliyevə baş çəkib. Onlar Ş. Quliyevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
banner

Oxşar Xəbərlər