• cümə axşamı, 28 mart, 23:13
  • Baku Bakı 13°C

Erməni generala Rusiyada siyasi sığınacaq verilə bilər

10.09.18 17:42 427
Erməni generala Rusiyada siyasi sığınacaq verilə bilər
Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Mikael Arutyunyana Rusiyada sığınacaq verilə bilər.
AZƏRTACErmənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu jurnalistlərə "Daşnaksutyun” partiyasının Ermənistan parlamentindəki fraksiyasının sədri, deputat Armen Rustamyan bildirib. Onun sözlərinə görə, Moskvanın atacağı bu addım erməni generalın əleyhinə açılacaq cinayət işinə etiraz əlaməti olacaq.
Deputat əlavə edib: "Bu, çox ciddi məsələdir və ağır nəticələr doğura bilər. Heç bir ölkə başqa dövlətin vətəndaşına boş yerə siyasi sığınacaq vermir”.
Xatırladaq ki, Arutyunyan 2008-ci il seçkilərindən sonra keçirilmiş etiraz mitinqləri zamanı Konstitusiya quruluşunu pozmaqda ittiham olunur və beynəlxalq axtarışa verilib. Hazırda Rusiya ərazisində olan generalın Ermənistana təhvil verilməsi üzrə müraciətlərin nəticəsiz qaldığı bildirilir. Bu yaxınlarda RF hüquq-mühafizə orqanlarının Ermənistan polisinə göndərdiyi məktubda məlumat verilib ki, Arutyunyanın axtarışları dayandırılıb.
banner

Oxşar Xəbərlər