AZE | RUS | ENG |

Erməni generala Rusiyada siyasi sığınacaq verilə bilər

Erməni generala Rusiyada siyasi sığınacaq verilə bilər
Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Mikael Arutyunyana Rusiyada sığınacaq verilə bilər.
AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu jurnalistlərə "Daşnaksutyun” partiyasının Ermənistan parlamentindəki fraksiyasının sədri, deputat Armen Rustamyan bildirib. Onun sözlərinə görə, Moskvanın atacağı bu addım erməni generalın əleyhinə açılacaq cinayət işinə etiraz əlaməti olacaq.
Deputat əlavə edib: "Bu, çox ciddi məsələdir və ağır nəticələr doğura bilər. Heç bir ölkə başqa dövlətin vətəndaşına boş yerə siyasi sığınacaq vermir”.
Xatırladaq ki, Arutyunyan 2008-ci il seçkilərindən sonra keçirilmiş etiraz mitinqləri zamanı Konstitusiya quruluşunu pozmaqda ittiham olunur və beynəlxalq axtarışa verilib. Hazırda Rusiya ərazisində olan generalın Ermənistana təhvil verilməsi üzrə müraciətlərin nəticəsiz qaldığı bildirilir. Bu yaxınlarda RF hüquq-mühafizə orqanlarının Ermənistan polisinə göndərdiyi məktubda məlumat verilib ki, Arutyunyanın axtarışları dayandırılıb.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2354
TRY 1 Türk lirəsi 0.2664
KWD 1 Küveyt dinarı 5.6142
SEK 1 İsveç kronu 0.1909
EUR 1 Avro 1.9848
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7000