• cümə axşamı, 18 aprel, 21:33
  • Baku Bakı 21°C

Erməni əsgərlər qiyama cəhd göstəriblər

23.03.19 17:03 484
Erməni əsgərlər qiyama cəhd göstəriblər

Ermənistanın hərbi hissələrindən birində əsgərlər qiyama cəhd göstəriblər.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan "Facebook" səhifəsində Ermənistandakı hərbi hissələrdən birində nizam-intizamın pozulması ilə bağlı xəbərləri şərh edərkən yazıb.
A.Ovannisyan qeyd edib: "Nizam-intizamı pozan bir neçə əsgər 90-cı illərin ruhuna uyğun olaraq ayrıca geyimdən və menyudan istifadə etməklə və zabtləri qarət etməklə hərbi hissədə öz qaydalarını tətbiq etməyə cəhd göstəriblər. Onlar digər əsgərləri qiyama təhrik etməyə çalışıblar".
O qeyd edib ki, bir neçə zabit məsələ ilə bağlı istefaya göndərilib.
Nazirlik rəsmisi eyni zamanda 600-ə yaxın hərbçinin ölkənin cənubundakı hərbi hissəni tərk etməyə çalışdığı barədə məlumatları təkzib edib.

banner

Oxşar Xəbərlər