• cümə, 26 Aprel, 10:00
  • Baku Bakı 12°C

Erməni ekspert: “Ermənistanda “Qarabağlaşma” prosesi gedir”

19.09.16 12:43 865
Erməni ekspert: “Ermənistanda “Qarabağlaşma” prosesi gedir”
Ermənistandaidarəetmə sistemində uzun müddətdir "Qarabağlaşma” prosesi gedir.

APA-nın Ermənistanın "Hraparak.am” saytına istinadən verdiyi məlumata görə, bunu iqtisadçı Movses Aristakesyan deyib.

O qeyd edib ki, bu proses 1999-cu il hadisələrindən sonra geniş vüsət alıb. "Qarabağlaşma” o deməkdir ki, bütün önəmli biznes sahələrinin başında Qarabağ klanının nümayəndələri yer alıb. Daha doğrusu Qarabağ düşüncəsi, yəni Rusiyaya meylli şəxslər. Biz Qarabağ üçün mübarizə aparmaq istəyirik, aparmalıyıq da, amma bu müddət ərzində bütün sahələrdə Ermənistanın müstəqilliyini, suverenliyini itirdik”.

Qeyd edək ki, Ermənistanın yeni baş naziri Karen Karapetyan da əslən Azərbaycanın Qarabağ bölgəsindədir.
banner

Oxşar Xəbərlər