• cümə axşamı, 28 mart, 23:20
  • Baku Bakı 13°C

Erməni diasporu Njdenin Yerevandakı heykəlinə qarşı

13.03.18 09:00 680
Erməni diasporu Njdenin Yerevandakı heykəlinə qarşı
Ermənistan hakimiyyətinin faşist əlaltısı kimi ad çıxarmış daşnak Njde sevgisinə qarşı elə ermənilərin özləri tərəfindən etirazlar başlayıb. Bəlli olduğu kimi, ermənilərin Njde sevgisinə qarşı Rusiya mediası və hakimiyyət nümayəndələri də zaman-zaman təpgi göstərir. Bu yaxınlarda "KM.RU” portalı faşist əlaltısı olan daşnak generalı Njdeyə rəsmi Yerevanın abidə ucaltmasına etiraz edən ermənilərin məktubunu dərc edib. "Armenianreport.com”da məktubun müəllifi kimi Artur Aqadjanov, Valera Ереçyan və bir qrup erməni göstərilib.Rusiyanın digər tanınmış nəşri "Vestnik Kafkaza” məktubu tam şəkildə dərc edib. Məktubda qeyd edilir ki, dünyanın müxtəlif yerlərində olan ermənilər Ermənistanda faşizmin dövlət siyasətinə çevrilməsindən ciddi şəkildə narahatdır. Xüsusi vurğulanır ki, son vaxtlar Rusiya və digər ölkələrin KİV-lərdə Yerevanın mərkəzində Njdeyə abidə ucaldılması geniş müzakirə olunur. Və ən dəhşətlisi isə odur ki, bu şəxsin fəaliyyəti erməni gəncliyi və cəmiyyəti üçün qəhrəmanlıq nümunəsi kimi təbliğ edilir. "Bu, bizləri etinasız qoya bilməz. Çünki belə vəziyyətdə susmaq faşizm təbliğatına dəstək vermək olardı. Biz bilirik ki, Ermənistanda heç də hamı Qaregin Njdenin, Drastamat Kanayan (Dro) və digər faşist əlaltılarının dövlət səviyyəsində qəhrəmanlaşdırılmasına qarşı çıxmaya bilər.
Lakin biz ölkənin necə bir fəlakətə sürükləndiyi barədə bir çox ermənilərin narazılığını tez-tez eşidir və bilirik. Onlar Ermənistanda açıq şəkildə bu fikri səsləndirə bilmirlər. Qaregin Njde faşizmin, irqi ayrı-seçkiliyin və qatı millətçiliyin açıq ideoloqu olub. İş o yerə çatıb ki, hətta Daşnüksütyun kimi radikal terror təşkilatları əvvəlcə Njde və tərəfdarlarının yaratdıqları "İrqçilər” təşkilatı ilə əməkdaşlıq etməkdən boyun qaçırdılar. Ötən əsrin 30-cu illərində Hitler tərəfdarları Njde və Ayk Asatryan tərəfindən işlənib hazırlanan erməni faşizm ideologiyası çexakronizm adlandırıldı. Bu termin iki kökə malikdir - nəsil, qəbilə və din, inam. Dəqiq çexakron irq və din sözlərindən ibarətdir. Bu ideologiyanın yaranması zamanı Njde əsas irqçi ideologiyaları və nəzəriyyələrinin ilhamvericisi qismində çıxış edirdi”, - deyə məktubda vurğulanır. Daha sonra qeyd edilir ki, 1932-ci ildə Sofiyada nəşr olunan "Xrovk” jurnalında Njde "Çexakronizm qələbənin girovu kimi” başlıqlı məqalə ilə çıxış edib. "Bu əsər çexakronizm faşizm ideologiyasının əsas nəzəri işlərindən birinə çevrildi. İkinci dünya müharibəsi illərində ermənilərdən ibarət hərbi-psixoloji hazırlıq keçmiş yarıhərbi kəşfiyyat-təxribatçı qruplaşmalarının yaradılmasına başlanıldı. Sonradan onları Abverin düşərgələrində Njdenin rəhbərliyi ilə təlimlər keçirdilər. Gələcəkdə isə bu dəstələr işğal olunan Krım və ona yaxın ərazilərdə terror həyata keçirdi. 1944-cü ildə Njde Bolqarıstanda həbs olundu və SSRİ-də mühakimə olundu. Bu hərbi cani Vladimir həbsxanasında 1955-ci ildə öldü. Və bu gün nasizm ideoloquna Ermənistanda abidə ucaldılır. Bundan əlavə, Qareginin təlimi - çexakron hakim Respublika Partiyasının ideoloji əsasıdır, özü isə "müqəddəs qəhrəman” kimi qeyd olunur. Ermənistan Respublika Partiyası Njdenin əsərlərini nəşr edib və gənclər arasında yayır. Ermənistan müstəqillik əldə etdiyi ilk illərdə onun ideologiyası qadağa altında olsa da, sonralar Robert Köçəryan çexakronu dövlət siyasəti səviyyəsinə qaldırdı. İndi də Serj Sarkisyan bu işi davam etdirir.
Onlar çexakronizm alqoritmləri ilə hərəkət edərək, Ermənistanı monoetnik dövlətə çeviriblər, ölkədə demək olar ki, digər xalqların nümayəndələrinə rast gəlmək mümkün deyil. Ermənistan hakimiyyət orqanları özlərinin siyasi-ideoloji baxışlarını da gizlətmirlər. 2016-cı ildə Njdeyə abidə ucaltmaqla faşizm ideologiyasını müqəddəsləşdirmiş oldular. Prezident və hökumət üzvlərinin iştirak etdiyi mərasimdə faşist əlaltısının nəvəsi də iştirak edib. Hətta şikayət edib ki, sovet dövründə onu "faşistin nəvəsi” adlandırırdılar. Çexakronizmin əsas postulatlarından biri odur ki ermənilər öz aralarında yalnız və yalnız ermənicə danışmalıdırlar. Bu irqçi prinsipin reallaşdırılması məqsədilə bizim günlərdə eks-prezident Robert Köçəryan və indiki prezident Serj Sarkisyan müasir Ermənistanda belə bir qayda müəyyən ediblər - əgər valideynlərdən biri rus deyilsə, onda erməni uşağı sadəcə rus dilində təhsil ala bilməz. Bu irqçi planın reallaşması nəticəsində ölkədə rusdilli əhali sıxışdırılır, rus məktəbləri isə bağlanır. Qəribə olan odur ki, Ermənistan Rusiyanın strateji müttəfiqi olsa da, rus məktəblərini bağlayır, rusdilli əhaliyə qarşı diskriminasiya nümayiş etdirir. Bu yaxınlarda televiziya efirində rusiyalı jurnalist və aparıcı Roman Babayan Ermənistanda rus məktəblərinin bağlanmasına etirazını bildirib. "Radio-Metriks”in efirində o bildirib ki, Ermənistanda cəmi iki rus məktəbi qalıb. Gümrüdəki hərbi bazada yerləşən məktəbə yalnız valideynlərdən biri rus olarsa uşaq vermək olar. Əgər belə variant yoxdursa, onda sən uşağını bu məktəb qoya bilməzssən”.
Məktubda daha sonra vurğulanır ki, sosial şəbəkələrdə də sadə insanların rus dilinin necə sıxışdırılması barədə narazılıqlarına rast gəlmək mümkündür: "MDB ərazisində yerləşən dövlətlər arasında ən azsaylı rus icması məhz buradadır. Ermənistanda etnik ruslar cəmi 2 min nəfər qalıb və bu faktı rusiyalı ekspertlərin araşdırmaları da təsdiq edir. "Avrasiya Strateji Tədqiqatlar İnstitutunun” hesabatına görə, bu gün Ermənistan postsovet ölkələri içərisində rusdilli miqrantların çıxıb getməsinə görə liderlik edir. "Biz 12 il ərzində araşdırma apardıq və ən acınacaqlı durum məhz burada qeydə alındı. Bu ölkə ölkəni tərk edən rusdillilərin sayına görə liderdir”, - deyə ekspert Tatyana Borzova bildirib”. Erməni məktub müəllifləri qeyd edilər ki, bu fakt onları narahat etməyə bilməzdi: "Bütün bunlar Njde və onun faşist davamçılarının ideyalarının təbliğatının nəticəsidir. Onlar bildirirlər ki, ermənilərin böyük bir qisminin milli qəhrəmanı marşal Baqramyandır, Njde yox. Təəssüf ki, Ermənistan hakimiyyət orqanları faşist cinayətkarlarının qəhrəmanlaşdırılması istiqamətində məqsədyönlü siyasət yürüdürlər. Böyük Vətən müharibəsinin əsl qəhrəmanlarını isə unudurlar”. Daha sonra qeyd edilir ki, müharibə dövründə döyüşən ermənilər barədə bu gün heç kim heç nə danışmır, onların abidəsinin ətrafını ot-ələf tutub: "Bugünki erməni gəncliyi isə faşist əhval-ruhiyyəsində tərbiyə olunur”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər