Erməni cinayətkar şəbəkəsi Fransa məhkəməsi qarşısında

Erməni cinayətkar şəbəkəsi Fransa məhkəməsi qarşısında

Siyasət
31 Oktyabr 2012, 15:39 1881
Fransanın Nitsa şəhər Məhkəməsində erməni mafioz qrupunun işi ilə bağlı məhkəmə prosesi keçirilir. Fransa məhkəməsi dələduzluqda şübhəli bilinən 17 nəfər üzərində qalmaqallı proses keçirir. Artıq ittiham tərəfi erməni klanının liderinə 7 il həbs cəzasının çıxarılmasını tələb edib. Erməni qrupun üzvləri sutenyorluq və saxta valyutanın dövriyyəsində ittiham olunurlar. Fransa polisinin yaydığı məlumata görə, onlar 50 milyon dollar çirkli pulu yumağa səy ediblər. Eyni zamanda onlar narkotik maddələrin satışından əldə etdikləri çirkli pulları yumaqda şübhəli bilinirlər. Paris rayonlarından birinin başçısının müavini deyib ki, saxlanılanlardan 9-a qarşı ittiham elan olunub. Həbslər Mərakeşdən Fransaya böyük miqdarda narkotik maddələrin gətirilməsi ilə bağlı bu ilin fevralında başlamış araşdırmaya əsasən aparılır. Ermənilərin iştirakı ilə keçirilən proses keçmiş sovet ölkələrindən olanlarla bağlı ölkə tarixinə «ən böyük» proses kimi düşə bilər. Demək olar ki, bütün ittiham olunanlar işsizdirlər və müavinət hesabına yaşayırlar. Lakin bahalı maşınlarda hərəkət edir, yaxud da Sena sahilindəki məşhur kazinolarda qumar oynayırlar.

Prokuror Korin Savon onların Fransaya daxil olmasının da qadağan edilməsi tələbini irəli sürüb. Məhkəmə noyabrın 3-də vəkillərin çıxışından sonra qərar qəbul edəcək. Məhkəmə heyətinin əlində müttəhimlərin son bir neçə ay ərzində istintaqa etdikləri bir sıra etiraflar, eləcə də telefon danışıqlarının lent yazıları var.

Mafiya strukturunun başında isə 49 yaşlı güləş üzrə keçmiş çempion - «Miro» ləqəbli Mirdat Asatryan durur. Ermənistan vətəndaşı olan bu şəxs məhkəmə zamanı onun barəsində səslənən ittihamların hamısını təkzib edib. Lakin dostları onu sadə bir insan kimi Nitsada yaşadığını bildirəndə, zalda gülüş qopub. Elə onun öz çıxışı da hakimləri gülüş doğurub. Prokuror bildirib ki, qrup rəhbərinə çox böyük hörmətlə yanaşırmışlar. Hətta klanın maliyyəçilərindən olan biznesmen söhbət zamanı onu «kral» adlandırıb. Həmin biznesmen barəsində ittiham tərəf üç il həbs qərarı çıxarılmasını istəyib. İstintaq Mironu «qanuni oğrular»ın regional klanının rəhbəri hesab edir. Onu Paris, Marsel, Strasburq, Lion, Yunanıstan, İsveçrə və İspaniyadakı erməni icmaları arasında münaqişələrin həllinə çağırırmışlar. Klanda əsas fiqurantlardan iki nəfər isə banknotların əldə olunmasından tutmuş onların Fransa, Belçika, Almaniya və yaxud Rusiyada reallaşmasını həyata keçirib. Saxta avrolar nominal dəyərindən üç dəfə aşağı qiymətə alınırmış. Həmin şəxslər isə 49 yaşlı «Rubo» ləqəbli Robert Mxitaryan (prokuror onun barəsində 7 il həbs cəzasının çıxarılmasını istəyir) və onun oğlu Arendir. Onun barəsində isə 4 il cəza istənilib. Mavi sahil və Lion regionu ərazisində işləyən digər ermənilər barəsində prokuror 2 il şərti və 5 il azadlıqdan məhrumetmə cəzası istəyib. Yerdə qalan üç erməninin isə Belçikada məhkəmə prosesi olacaq. Lakin bir qədər gec. Bu prosesdə 41 yaşlı Sarkis Mnaçakayantsın da adı hallanır. “Sakr” ləqəbli bu şəxs klanın sutenyoru kimi ad çıxarıb. O, fahişə qadınların daşınması ilə məşğul olub və prokuror barəsində 5 il həbs qərarının çıxarılmasını istəyib. Dövlət ittihamçısı ən sərt formada qalmaqallı Artur Ayrapetyan barəsində qərar çıxarılmasını istəyib. «Vaçe ata» adı ilə tanınan bu şəxs Nitsadakı erməni kilsəsinin keşişi olub və buranı quldurların yuvasına çeviribmiş.
Maraqlıdır ki, bu, ermənilərin Fransada ilk cinayətləri deyil. Az əvvəl Somyur şəhərində iki erməni vətəndaşı həbs edilib. Onların ər-arvad olduqları müəyyənləşdirilib. Verilən məlumata görə, ermənilər bu şəhərdə yerləşən ticarət mərkəzində oğurluq əməliyyatı həyata keçirməyə cəhd edən zaman Fransa polisi tərəfindən zərərsizləşdiriliblər. Həbs edilənlərə qarşı ittiham irəli sürülüb və onlar istintaq təcridxanasına yerləşdiriliblər. Şübhəsiz ki, baş verənlər erməni lobbisinin əsas dayağı olan Fransada ermənilərin mövqelərinin zəifləməsinə səbəb olacaq. Fransızlar artıq anlayacaqlar ki, vaxtilə sığınacaq verdikləri və daima müdafiə etdikləri ermənilərin əlindən nankorluqdan başqa heç nə gəlmir.

Maraqlıdır ki, ermənilərin mafiozluğu barədə faktlar tək Fransada deyil, onların sıx yaşadığı Birləşmiş Ştatlarda da var. Hətta orada ermənilərin törətdikləri cinayətlərdən bezənlər də tapılıb. Məsələn, ABŞ-ın Kaliforniya ştatının Berbank və Qlendeyl şəhərlərində ötən il ədavət zəminində 8 cinayət hadisəsi baş verib. Bunu “Burbank Leader” qəzetinə Los-Anceles dairəsində sakinlər arasında münasibətlər üzrə Komissiyanın əməkdaşı bildirib. Onun sözlərinə görə, bu cinayətlərdən 4-ü ermənilərə qarşı törədilib.

Ötən ilin əvvəllərində müəssisələrdən birinin qarşısında dayanmış avtomobilin üzərinə ermənilərə qarşı təhqiramiz ifadələr yazılıb. Bundan yeddi ay sonra başqa bir avtomobilin üzərində həmin ifadələr yenidən peyda olub. Bir ay sonra isə avtobus dayanacağındakı oturacağa “Ermənilər! Ermənistana qayıdın!” yazılıb. Sözsüz ki, bunlar elə-belə deyil. Bu yaxınlarda ermənilərdən ibarət cinayətkar qrup aşkarlanıb. Onların qeyri-qanuni yolla "OxyContin" preparatı alır və satırmış. Bu zaman sığorta sistemində saxtakarlığa yol verilirmiş. Saxlanılanlar arasında 2 erməni həkim də var. Qrupun rəhbəri də ermənidir. İstintaq müəyyən edib ki, qrup üzvləri indiyədək hərəsi 23-27 dollar olmaqla, 1 milyonadək preparat satıblar. Bundan milyonlarla dollar gəlir əldə olunub.

İndi qrup üzvlərini 10 ildən 490 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Los-Ancelesdə isə şəxsi məlumatların oğurlanması yolu ilə başqa şəxslərin kredit kartlarından istifadə edən 4 erməni həbs olunub. Məlumatı ABŞ-ın Federal Təhqiqatlar Bürosunun saytı yayıb. Araşdırmalar nəticəsində məlum olub ki, "Armenian Power" adlı cinayətkar qrup üzvlərindən biri Vardan Mkryan Los-Anjelesdə bir neçə yanacaqdoldurma məntəqəsinə sahibdir. Cinayətkarlıq fəaliyyəti ilə məşğul olan ermənilər müxtəlif şəxslərin kredit kartları vasitəsilə digər yanacaqdoldurma məntəqələrindən yanacaq alaraq, onun məntəqələrində satıb. Bununla da cinayətkar qrup 50-dən artıq şəxsə ziyan vurub. Artıq ermənilər məhkəmə qarısına çıxarılıb. Günahları sübuta yetiriləcəyi təqdirdə onları 10 ilə qədər həbs cəzası gözləyir. Şübhəsiz ki, bu və digər faktlar dünya ictimaiyyətinin diqqətini özünə cəlb etməli, müvafiq ölçü götürülməlidir. Heç olmasa adları çəkilən ölkələr bu faktlardan sonra ermənilərlə bağlı siyasətlərini dəyişsələr yaxşı olardı.
Azər NURİYEV