• cümə axşamı, 25 aprel, 14:06
  • Baku Bakı 23°C

"Erkən nigaha YOX, Təhsilə HƏ!"

13.10.16 17:01 1824
"Erkən nigaha YOX, Təhsilə HƏ!"
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) və "İRӘLİ" İctimai Birliyinin dəstəyi ilə AzGF­nin 8-­ci qrant müsabiqəsinin qalibi Orxan Rüstəmovun layihə rəhbəri olduğu "Erkən nigaha YOX, Təhsilə HƏ!" layihəsinə start verilir.Azərbaycanın regionlarında, xüsusilə cənub rayonlarında erkən nigah problem aktualdır. Əgər bunun ən əsas məqamlarını qeyd etsək, bura savadsızlıq, məlumatsızlıq və bəsit düşüncə tərzi göstərə bilərik. Bu problemlərin səbəb olduğu erkən nigahların dəhşətli nəticələri olur. Bunlara qanunsuz ailələr, boşanmalar, fiziki və mənəvi cəhətdən zəif olan uşaqlar – formalaşmaqda olan nəsil, ailə zorakılığı və ən əsası ana və uşaq ölümlərini qeyd etməliyik.
Layihənin əsas məqsədi cənub rayonlarında erkən nigahların sayının azaldılması, Azərbaycan Respublikasının nigah haqqında qanunu və erkən nigaha daxil olan zaman hansı fəsadların baş verəcəyi haqqında məlumatlarla maarifləndirməkdir.
Layihədə birbaşa olaraq Masallı, Salyan rayonlarında və Lənkəran şəhərində yaşayan 105 (15-20 yaş) gənc faydalanacaqlar. Layihədə iştirak edən gənclər əsasən adı çəkilən rayonların mövcud problem üzrə ən ciddi vəziyyət olan kəndlərindən seçiləcək. Bunun üçün araşdırmalar aparılacaqdır. Gənclər əsasən rayon nigah qeydiyyat idarələrinin və təhsil şöbələrinin köməyi ilə seçiləcək, daha çox isə ailəsində, əhatəsində bu tip problem yaşayanlara üstünlük veriləcək. Layihədə bir başa iştirak edənlərlə yanaşı, digər region və paytaxt gəncləri KİV-lər və sosial şəbəkələr vasitəsilə faydalanacaqlar.
Qeyd edək ki, layihənin aktiv təlimlərinə Oktyabr – Noyabr aylarında start veriləcək.
banner

Oxşar Xəbərlər