• çərşənbə axşamı, 19 mart, 06:21
  • Baku Bakı 8°C

Erkan Özoral: “Türkiyə universitetlərində 14 mindən çox azərbaycanlı tələbə təhsil alır”

21.04.18 16:20 706
Erkan Özoral: “Türkiyə universitetlərində 14 mindən çox azərbaycanlı tələbə təhsil alır”

"Kaspi” Təhsil Şirkətinin təşkilatçılığı ilə Bakıda keçirilən "Türkiyə-Azərbaycan təhsil körpüsü” konfransında çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral tədbirin iki ölkə arasında təhsil əlaqələrinin inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirdi: "Azərbaycan müstəqilliyini elan etdikdən sonar ölkələrimiz arasında əlaqələr daha da genişlənib və sıxlaşıb. Bu əlaqələr təkcə təhsillə bağlı deyil, həmçinin iqtisadi, ticari, idman və mədəni əlaqələrdir”. Səfir ölkələrimiz arasında təhsil əlaqələrinin get-gedə ikişaf etdiyini qeyd edərək indiyə qədər Türkiyədə 125 min azərbaycanlı tələbənin təhsil aldığını bildirdi: "Bu gün Türkiyə ali məktəbləri ilə Bakıda konfransın keçirilməsi heç də təsadüfü deyil. Tükiyə və Azərbaycan arasında geniş miqyaslı münasibətlərin nəticəsindərir. Hazırda Türkiyədəki unversitetlərdə təhsil alan tələbələrin sayı 14 mindən çoxdur. Həmçinin türklər də Azərbaycan ali məktəblərində təhsil almaqdadır”. Səfir qeyd etdi ki, Türkiyədə təhsil alan tələbələr, bu ölkənin mədəniyyətini, tarixini, yaşam tərzini, cəmiyyətini yaxından öyrənirlər. Bu münasibətlər "bir millət-iki dövlət” olduğumuzu, sevincimizin və kədərimizin bir olduğunu göstərir”. Ə.Özoral Türkiyənin ölkəmizdəki səfirliyinin iki ölkə arasındakı təhsil əlaqələrini dəstəklədiyini bildirdi: "Bizi bir-birimizə yaxınlaşdıracaq və əlaqələrimizi möhkəmləndirəcək bütün münasibətləri dəstəkləyirik. Bu əlaqələrin yüksəlməsi və genişlənməsi ölkələrimiz arasındakı qarşılıqlı əlaqələrin də inkişafından xəbər verir. İnanıram ki, bu əlaqələr daha da inkişaf edəcək”.
banner

Oxşar Xəbərlər