• cümə, 29 Mart, 14:31
  • Baku Bakı 14°C

Portuqaliya Prezidenti: Qreta Tunberq iqlim dəyişmələrinə qarşı mübarizənin simvoludur

12.12.19 15:30 634
Portuqaliya Prezidenti: Qreta Tunberq iqlim dəyişmələrinə qarşı mübarizənin simvoludur
Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu di Soza bildirib ki, gənc isveçli fəal Qreta Tunberq iqlim dəyişmələrinə və qlobal istiləşməyə hələ də etinasız yanaşan şəxslər üçün "təhlükəli siqnal” və bu mübarizənin simvoludur.
AZƏRTACxəbər verir ki, Prezident bu fikri Portu Universitetində çıxışında səsləndirib.
Qreta Tunberqin "Time” jurnalının versiyasına görə "İlin adamı” adlandırıldığını vurğulayan Prezident deyib: "Gənc fəal təkcə gənc nəslin iqlim probleminə bəslədiyi hissləri ifadə etmir, həm də yaşlı nəsli planetimizin müdafiəsinə diqqət yetirməyə çağırır”.
banner

Oxşar Xəbərlər