• cümə, 29 Mart, 02:48
  • Baku Bakı 7°C

Erix Frommun “Psixoanaliz və din”i Azərbaycan dilində

10.05.18 12:30 1755
Erix Frommun “Psixoanaliz və din”i Azərbaycan dilində
Mayın 20-də, saat 14:00-dan 16:00-dək "Kitabevim.az" mağazalar şəbəkəsinin "28 May" filialında "Kitabsevərlər" hərəkatının 20-ci nəşri Erix Frommun "Psixoanaliz və din" kitabının təqdimatı keçiriləcək.
Parafraz-ın məlumatına görə, "Elm və Təhsil" Nəşriyyatında işıq üzü görən kitabın tərcüməçisi Elmar Namaz, redaktorları Cavid Qədir və Taleh Eminoğludur.
"Psixoanaliz və din" əsərində Fromm dinləri sosial-psixoloji cəhətdən təhlil və tənqid edir, insan üzərində yaratdığı təzyiqlərdən danışır, bunu müxtəlif misallarla sübuta çalışır.
Freyd və Yunqun da baxış bucaqlarına işıq tutmağa çalışan filosof kitabda dinin həyatımızda tutduğu yerin konturlarını cızır və "Din nədir?" sualına cavab axtarır.
Kitabın qiyməti 5 manatdır.
Təqdimatın informasiya dəstəkçisi mədəniyyətyönümlü xəbər portalı Parafraz-dır.
banner

Oxşar Xəbərlər