• cümə, 19 Aprel, 21:50
  • Baku Bakı 24°C

Ərəstun Oruclu ATƏT-in Azərbaycandan qovulmasına haqq qazandırdı

11.06.15 15:13 1055
Ərəstun Oruclu ATƏT-in Azərbaycandan qovulmasına haqq qazandırdı
"Tiflisdə konfransdayam və Dağlıq Qarabağ münaqişəsi haqqında konfrans iştirakçıları qarşısında çıxış edən ATƏT rəsmisi üzərində NKR yazılmış xəritə nümayiş etdirdiyi azmış kimi, deyir ki, 60 min azərbaycanlı Dağlıq Qarabağ ətrafındakı rayonlardan məcburi köçkünə çevrilib."
Avropa.info xəbər verir ki, bunu Facebook-da politoloq Ərəstun Oruclu yazıb. Politoloq daha sonra qeyd edir:
"Üstəlik də adam bu rayonların işğalı barədə "armenians occupied" (işğal etdilər) əvəzinə "armenian troops conquered" (erməni qoşunları fəth etdilər) ifadəsini işlədir. Xahiş etdim ki, qalıb mənim çıxışımı dinləsin, qalmadı.
Deyəsən, axı İlham Əliyev bu təşkilatı Azərbaycandan qovmaqda tam haqlıdır."
banner

Oxşar Xəbərlər