• şənbə, 20 Aprel, 07:21
  • Baku Bakı 14°C

Ərəblərlə oyunda ruslara ukraynalı kömək edib

13.07.18 12:20 481
Ərəblərlə oyunda ruslara ukraynalı kömək edib
DÇ-2018-in açılış oyununda – Səudiyyə Ərəbistanı ilə qarşılaşmada Rusiyaya Ukrayna yığmasının baş məşqçisi Andrey Şevçenko kömək edib.
Kaspi.az xəbər verir ki, bu barədə məlumatı Rusiya yığmasının baş məşqçisi Stanislav Çerçesov verib. Ukrayna yığması DÇ ərəfəsində Səudiyyə Ərəbistanı ilə yoxlama görüşü keçirib. Bunu nəzərə alan Çerçesov taktiki məlumatlar almaq üçün Şevçenkoya müraciət edib:
"Andrey Şevçenkoya minnətdarlığımı bildirmək istəyirəm. O, Səudiyyə Ərəbistanı ilə oyundan əvvəl bizə məsləhətlərini verdi.
Ukrayna Səudiyyə Ərəbistanı ilə yoxlama görüşü keçirdikdən sonra Şevçenko ilə zəngləşdik. O, ərəblərin taktiki hazırlığı ilə bağlı bir neçə nüans barədə mənə məlumat verdi ki, sonradan bu informasiya işimizə çox yaradı”.
Rusiya DÇ-2018-in açılış oyununda Səudiyyə Ərəbistanına 5:0 hesabı ilə qalib gəlib.
banner

Oxşar Xəbərlər