• cümə, 19 Aprel, 05:15
  • Baku Bakı 18°C

Ərəblər üzr istədilər - Biabırçı hərəkətlərinə görə

09.06.17 15:15 1340
Ərəblər üzr istədilər - Biabırçı hərəkətlərinə görə
Səudiyyə Ərəbistanının Futbol Federasiyası Avstraliya ilə oyunda baş verən biabırçılığa görə üzr istəyib.
Kaspi.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələ oyunundan əvvəl Londonda baş vermiş terror hadisəsi nəticəsində həlak olanlar xatirəsini anmaq üçün bir dəqiqəlik sükut elan olunub.
Ancaq Səudiyyə Ərəbistanı yığmasının futbolçuları xatirə duruşuna sayğısızlıq göstəriblər. Federasiyanın məsələ ilə bağlı yaydığı bəyanatda deyilir:
" Federasiya baş verənlərdən böyük təəssüf hissi keçirir və üzr istəyir. Federasiya bütün terror aktlarını pisləyir və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir”.
Oyun Avstraliyanın qələbəsi ilə yekunlaşıb - 3:2.
banner

Oxşar Xəbərlər