• cümə axşamı, 28 mart, 22:25
  • Baku Bakı 13°C

Ərəblər mütaliə etməyən məmur istəmir

16.11.16 10:57 1293
Ərəblər mütaliə etməyən məmur istəmir
Əsrlərdir ərəb dünyasının mədəniyyət və incəsənət nüvəsi rolunu oynayan Birləşmiş Ərəb Əmirliklərində olduqca maraqlı bir layihəyə start verilib. "Guardian”da yer alan xəbərdə bildirilir ki, BƏƏ-də rəsmi proseduralarla qüvvəyə minmiş qanun layihəsinə görə, ictimai-dövlət orqanlarında vəzifəsindən asılı olmayaraq, bütün işçilər üçün iş saatları ərzində xüsusi saatlar təyin ediləcək. Qanun layihəsində "Qiraət saatı” adlandırılan bu saatlarda oxunacaq kitabların işçinin aid olduğu sektorda inkişaf mexanizmləri, dünya təcrübəsi, həmin sahənin tarixi və gələcək imkanları, karyera inkişaf yolları kimi mövzularda olması şərtdir. Bu qəbildən beynəlxalq hüquq tarixində qəbul edilmiş ilk qanun olan "beynəlxalq qiraət qanunu” noyabrın ayının 6-da BƏƏ-nin prezidenti Xəlifə bin Zayed əl-Nahyan tərəfindən elan edilib.
Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin birinci müavini, Dubay əmiri Məhəmməd bin Rəşid əl-Məktumun məsələ ilə bağlı verdiyi açıqlamada bildirilir ki, bu qanunla ölkə ərazisində fəaliyyət göstərən bütün otellər, restoran və kafelər müştəriləri üçün xüsusi qiraət materialları olan yerlər ayırmalı olacaqlar. Bununla yanaşı, bütün ticarət mərkəzlərinin nəzdində kitabxana şöbələri, qiraət guşələri yaradılacaq. Bu yerlərdən istifadə hamı üçün pulsuz olacaq və həmin yerlər vergidən azad sayılacaq. Əmir açıqlamasında deyib: "Məqsədimiz məsələ ilə bağlı təyin edilmiş büdcəni son dirhəminə kimi bu qanun layihəsini reallaşdırmaqçün xərcləməkdir. Ərəb dünyası heç bir məsələdə dünyanın inkişaf tempindən geri qalmamalıdır. Qiraəti xalqımız üçün gündəlik vərdişə, nüfuzlu məşğuliyyətə, maraq sahəsinə çevirməliyik. Bu qanun layihəsi beynəlxalq hüquq və dövlətçilik tarixində əvvəllər atılmamış bir addımdır. Zənnimizcə, bu tarixi bir qanuni mədəni cəhddir. Bu qanun layihəsi ilə bağlı ilk işlərin görülməsi və ilk nümunələrin yaranması ilə birgə kitabın və ədəbiyyatın cəmiyyətdəki mövqeyi güclənəcək və möhkəmlənəcək. Qanun layihəsi qiraət kimi sıravi, təməl bir dəyəri rəsmi səviyyədə dəstəklənən qanunla birləşdirib”.
Qanun layihəsinin tərkibində yeni doğulan, 1 və 2 yaşlarını tamamlamış hər vətəndaş üçün nəzərdə tutulmuş "kitab torbaları” planı da var. Bu hədiyyə kitab səbətindəki kitablar ərəb uşaqlar üçün ərəbcə, digər ölkələrdən gələnlər üçün ingilis dilində olacaq. Qeyd edək ki, BƏƏ-də ölkə əhalisinin 90%-ni qeyri-millətdən olanlar təşkil edir.
Qiraətlə bağlı noyabr ayının ilk günlərində əmirliklərdə daha bir möhtəşəm addım da atılıb. Belə ki, ölkə ərazisində "Ərəbcə Qiraət Yarışı” keçirilib. Yarışda 20-dən çox ölkədən 3,5 milyon uşaq iştirak edib. İştirakçılar ərəbcə 150 milyon kitabdan hissələr oxuyublar. Yarışda fərqlənənlərə ümumilikdə 3 milyon dollar həcmində pul mükafatı paylanıb. Əlcəzairdən qatılmış yeddi yaşlı Məhəmməd Fərah müsabiqənin birincisi kimi 150 min dollara layiq görülüb. Müsabiqənin qalib məktəbi isə Fələstinin Nablus əyalətinin dövlət məktəbi olub. Məktəbin büdcəsinə 1 milyon dollar pul köçürülüb.
banner

Oxşar Xəbərlər