• cümə, 29 Mart, 01:33
  • Baku Bakı 7°C

“Ərəb musiqi mədəniyyəti” günü keçirilib - Fotolar

01.04.19 14:09 807
“Ərəb musiqi mədəniyyəti” günü keçirilib - Fotolar
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Ərəb musiqi mədəniyyəti” günü keçirilib.

Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim çıxış edərək "Ərəb musiqi mədəniyyəti” gününü Azərbaycanda ilk dəfə keçirildiyini bildirib: "Musiqi mədəniyyətin böyük bir sahəsidir. Musiqi insanın, onun şəxsiyyətinin və fikrinin formalaşmasında böyük rol oynayır. Ərəb Dövlətləri Liqası və Misir Mədəniyyət və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə ilk dəfə həyata keçirilən bu tədbir mədəniyyət sahəsinin inkişafı, ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsi, Misir və ərəb musiqisinin daha yaxından tanınması üçün atılmış bir addımdır.”

Daha sonra Azərbaycan Respublikasının əməkdar artisti, kamança ustası Fəridə Məlikovanın və xalq artisti Munis Şərifovun rəhbərlik etdiyi Qədim musiqi alətləri ansamblının ifasında bir sıra ərəb musiqiləri səslənib.

Tədbirdə BƏƏ, Səudiyyə Ərəbistanı, Fələstin, Mərakeş, Liviya, İraq, Əlcəzair Moldova, Belçika, Peru, Çili, Xorvatiya, Tacikistan dövlətlərinin səfirləri, digər diplomatik nümayəndəliklərindən qonaqlar iştirak ediblər.



banner

Oxşar Xəbərlər