• cümə, 29 Mart, 12:23
  • Baku Bakı 14°C

Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək

17.05.18 10:10 497
Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək
Bu gün Misirin paytaxtı Qahirədə Ərəb Dövlətləri Liqasının XİN rəhbərlərisəviyyəsində fövqəladə iclası keçiriləcək.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yığıncaqda Qüds ətrafındavə kütləvi etirazlardan sonra Fələstin ərazilərindəvəziyyət müzakirə ediləcək.
Toplantı hazırda Liqada sədrlik edən Səudiyyə Ərəbistanının təşəbbüsü ilə baş tutacaq.
Ötən gün Qahirədə Ərəb Dövlətləri Liqasına üzv ölkələrindaimi nümayəndələri səviyyəsində keçirilən toplantıda Fələstindəki hadisələrlə bağlı qəbul edilən qətnamə layihəsi nazirlər tərəfindən təsdiqlənməlidir.
Sənədin məzmunu açıqlanmır, bütün görüşlər media üçün qapalı rejimdə keçirilib.
banner

Oxşar Xəbərlər