• cümə axşamı, 28 mart, 14:00
  • Baku Bakı 16°C

Ərəb Dövlətləri Liqasının baş katibi vasitəçi missiyası ilə Sudana səfər edib

16.06.19 19:22 463
Ərəb Dövlətləri Liqasının baş katibi vasitəçi missiyası ilə Sudana səfər edib
Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Abul Qeyt ölkədə vəziyyətin sabitləşdirilməsi səyləri çərçivəsində vasitəçi missiyası ilə Sudana səfər edib.
AZƏRTACxəbər verir ki, səfər çərçivəsində ƏDL-ın baş katibi Xartumda müvəqqəti hərbi şuranın nümayəndələri və etiraz hərəkatının aparıcı qüvvəsi olan "Azadlıq və dəyişiklik” alyansının liderləri ilə görüşəcək. Onun əsas məqsədlərindən biri – keçid dövrünün hazırki vəziyyətini öyrənmək və gələcək hakimiyyət orqanlarının formalaşdırılmasında konsensusa gəlinməsi üçün tərəflərin mövqelərini yaxınlaşdırmaqdir.

banner

Oxşar Xəbərlər