• şənbə, 20 Aprel, 01:36
  • Baku Bakı 15°C

Ərdoğanın sözçüsü: "Türkiyə NATO ilə əlaqələri dayandırmağı düşünmür"

21.11.17 12:15 1053
Ərdoğanın sözçüsü: "Türkiyə NATO ilə əlaqələri dayandırmağı düşünmür"
"TürkiyəNATOilə əlaqələrini pozmaq niyyətində deyil”.
APA-nın xəbərinə görə, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın"France 24” telekanalına müsahibəsində deyib.
Türkiyənin 50 ildən çoxdurNATO-nun güclü bir mütəffiqi olduğunu söyləyən İ. Kalın bildirib ki, baş verən son hadisə diqqətlə araşdırılmalıdır: "Bu, qəbuledilməzdir. İndiyədək çoxlu sayda təlimə qatılmışıq. Bunu kim edib, fotoları oraya kim qoyub? İntizamlı bir hərbi sistemdə, ittifaqda belə bir şey necə ola bilər? Təbii ki, olay diqqətlə araşdırılmalı və təhqiqat aparılmalıdır".
İ. Kalın "TürkiyəNATOilə əlaqələrini kəsməyi düşünürmü?" sualına "xeyr" cavabını verib. "Hələ dəNATO-nun sağlam və açıq müttəfiqisinizmi?" sualına isə sözçünün cavabı belə olub: "Bəli.NATO-nun önəmli bir müttəfiqiyik".
Xatırladaq ki, bir gün əvvəl Türkiyə prezidentinin mədəniyyət məsələləri üzrə müşaviri Yalçın TopçuNATOilə münasibətlərə yenidən baxılmasının zəruriliyini bildirmişdi. Onun fikrincə,NATOöz üzvlərinə düşməncəsinə yanaşan bir təşkilatdır.
Xatırladaq ki,NATO-nun Norveçdə keçirilən təlimi zamanı Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün fotosu "düşmən liderlər"in arasında göstərilib. Kompüter simuilyasiyasında isə R. T. Ərdoğan "düşmən liderlərə yardım edən lider" qeyd olunub. Olaydan sonra bu əməllərə yol verən şəxslərlə əməkdaşlığı dayandırıb, Türkiyədən həm şifahi, həm də yazılı şəkildə üzr istəyib.
banner

Oxşar Xəbərlər