• cümə axşamı, 28 mart, 19:40
  • Baku Bakı 13°C

Ərdoğanın səfəri ilə bağlı sürücülərə xəbərdarlıq

03.04.14 14:02 1300
Ərdoğanın səfəri ilə bağlı sürücülərə xəbərdarlıq
Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğanın Azərbaycana sabah nəzərdə rəsmi səfəri ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya məlumat verilib.
Məlumata görə, paytaxtın Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.
İdarədən sürücülərə göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən az istifadə etmək xahiş olunur.
banner

Oxşar Xəbərlər