• cümə, 29 Mart, 04:16
  • Baku Bakı 7°C

Ərdoğanın partiyasından istefalar başladı

07.06.13 14:49 1656
Ərdoğanın partiyasından istefalar başladı
Türkiyədə hakim partiyada istefalar başlayıb. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, partiyanın İqdır təşkilatının katibi, vəkil Mehmet Soyük istefasının səbəbləri ilə bağlı yazılı açıqlama yayıb.
Yeddi ildir ki, təşkilatda katib vəzifəsini icra edən Mehmet Soyuq İstanbulda və digər şəhərlərdə aksiyaların zorakılıqla dağıdılmasının və İstanbul boğazında tikilən üçüncü körpüyə ələvilərə qarşı qətliam həyata keçirməklə yadda qalmış Sultan Səlim Yavuzun adının verilməsinin qəbuledilməz olduğunu bildirib. O qeyd edib ki, Sultan Səlim Yavuz türk xalqının bir kəsiminə faciələr yaşadıb və körpüyə onun adının verilməsi xalqın könlündəki körpülərin yıxılmasına səbəb olub: “İllərdir ki, içərisində yer aldığım siyasi hərəkatın son dönəmlərdə dəyişən mahiyyəti, verilən bəyanat və atılan addımlar mənim şəxsiyyətim, dünyagörüşüm və mənəvi dəyərlərimlə üst-üstə düşməyəcək səviyyəyə gəlib çatdı. AKP rəhbərliyinin cəmiyyətdə gərginlik yaradan, cəmiyyətin önəmli bir qismini incidən, könlünü qıran davranışları, fərqli düşüncələri təqib siyasəti, fərqli inanc mənsublarını yad görmə anlayışı səbəbindən partiyadakı vəzifəmdən istefa verirəm”.
Qeyd edək ki, Sultan Səlim Yavuz Şah İsmayıl ilə Çaldıran döyüşündən əvvəl Anadoluda 40 mindən çox ələvini qətlə yetirib. İqdırda yaşayan əhalinin mütləq əksəriyyəti də Azərbaycan türkləridir.
banner

Oxşar Xəbərlər