Ərdoğanın kürəkəni ATV kanalını və “Sabah” qəzetini satdı

Ərdoğanın kürəkəni ATV kanalını və “Sabah” qəzetini satdı

Təfsilat
20 Dekabr 2013, 13:31 1329
Türkiyənin ATV kanalı və “Sabah” qəzeti satılıb.

Lent.az-ın türk mediasına istinadən xəbərinə görə, media qrupun yeni sahibi “Kalyon İnşaat” adlı şirkət olub.

Qeyd edək ki, kanalın sabiq sahibi olan “Çalık Holdinq” Atv-“Sabah”ı 2008-ci ildə 1,1 milyard dollara almışdı.

Media qrupun hansı məbləğə satıldığı hələ müəyyənləşməyib.

Onu da qeyd edək ki, ATV-“Sabah”ın sabiq sahibi olan “Çalık Holdinq”in əsas paydarlarından biri də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. Baş nazirin yeznəsi Berat Albayrak bu holdinqin İdarə Heyətinin sədridir.