• cümə, 26 Aprel, 04:44
  • Baku Bakı 16°C

Ərdoğanın izlənildiyi yer bəlli oldu

22.01.14 11:59 1073
Ərdoğanın izlənildiyi yer bəlli oldu
Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Türkiyənin "Milliyyət" qəzeti xəbər yayıb.
Qəzetin məlumatına görə, dinləmə aparatı və eləcə də xüsusi ötürücü Baş nazirin kabinetində quraşdırılıbmış.
Türkiyədə korrupsiya qalmaqalı üzrə işin istintaqı zamanı ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın telefon danışıqlarının dinlənildiyi müəyyən edilib.
Bir il əvvəl İstanbul polisinə ciddi korrupsiya pozuntuları haqqında məlumat daxil olub və il ərzində ölkənin bir sıra rəsmi şəxslərinin, eləcə də Baş nazirin telefon danışıqları dinlənilib.
Baş nazirin telefonunun qanunsuz olaraq dinlənilməsi ilə əlaqədar Türkiyənin Telekommunikasiya Rabitəsinin (TİB) rəhbəri Cəmaləddin Çelik vəzifəsindən azad edilib.
Çelik 2012-ci ilədək Türkiyə Milli Kəşfiyyatında (MIT) çalışıb.
banner

Oxşar Xəbərlər